Almaniyada yaşayan həmyerlimiz, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər bu ölkəyə məxsus “DW Documentary” internet kanalının Azərbaycan əleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDF televiziyalarına məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, o, “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı proqramda birtərəfli yanaşmanın ortaya qoyulduğunu, Ermənistan və onun havadarlarına istinadən çoxlu sayda dezinformasiyadan istifadə edildiyini bildirib. Ekspert bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsinin razılaşdırıldığı bir vaxtda separatçıların yenidən fəallaşmasına səbəb ola biləcəyini qeyd edib. Bundan əlavə, torpaqlarımızın işğalından, Xocalı soyqırımından, Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından qovulmuş bir milyondan çox azərbaycanlıdan və ölkəmizə vurulan 100 milyardlarla dollarlıq ziyandan nə üçün bəhs edilmədiyi sualını verib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını erməni tapdağından azad etməsinin haqq-ədalət prinsiplərinə əsaslandığını bildirən A.Əsgər işğalçı tərəfin birmənalı şəkildə Ermənistan olduğunu vurğulayıb.
Məktubun sonunda anti-Azərbaycan mövqeyin sərgiləndiyi filmin yayımlanmasına görə üzrxahlıq tələb edilib.
Hacıqabul Sənaye Parkında Günəş Elektrik Stansiyası qurulacaq
“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib
Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub
Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Rəvan Həsənov: Multikulturalizm dünyada sülhü təşviq etmək üçün əsas vasitədir
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb
Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb
Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb
Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər
Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir
Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib
Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb
Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub
Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!