16 Avqust 2024 17:10
89
CƏMİYYƏT
A- A+

Ali Məclisin növbədənkənar sessiyası başa çatıb

 

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihələrin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 14 avqust 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə birinci oxunuşda qəbul edilib. Layihənin birinci oxunuşunda verilmiş təklifə Ali Məclisin İqtisadi siyasət komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin yenilənmiş variantda sonrakı oxunuşlar üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb. Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsinin müzakirəsi ilə əlaqədar məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran növbəti məsələ - “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul olunub.

Sonda Ali Məclis sədrinin müavini Anar İbrahimov iclas iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bildirib ki, Ali Məclisdə çalışmaq qürurvericidir. Çünki bu məclisdə Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın təməl daşlarını atıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video