15 Avqust 2026 08:30
1405
Mədəniyyət
A- A+
Ailə ənənəsi, Şuşa musiqi mühiti və Üzeyir bəy məktəbi

Ailə ənənəsi, Şuşa musiqi mühiti və Üzeyir bəy məktəbi


Azərbaycan peşəkar musiqi sənətinin inkişafında özünəməxsus xidmətləri olan sənətkarlardan biri də bəstəkar, pedaqoq, musiqi redaktoru Nazim Əliverdibəyovdur. Onun yaradıcılıq yolu Şuşanın zəngin musiqi mühiti, məşhur nəslin sənət ənənələri və Azərbaycan peşəkar musiqisinin böyük məktəbindən keçib.

Əliverdibəyovlar Şuşanın tanınmış nəsillərindən olub. Nazim Əliverdibəyovun atası Ağalar bəy Şuşa qəzasının Pərioğlular kəndində dünyaya göz açıb, uşaqlığı Şuşa şəhərində keçib. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası idi. Atası, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayı Ələkbər bəy Ağdamın dövlətli mülkədarlarından olub.

Ağalar bəy Əliverdibəyov dövrünün mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarından idi. Peterburq Texnoloji İnstitutunu, daha sonra Varşava İnşaat İnstitutunu bitirib, 1913-cü ildə vətənə qayıtdıqdan sonra Bakı şose yolları idarəsində mühəndis vəzifəsində çalışıb. Ancaq onun fəaliyyət dairəsi yalnız mühəndisliklə məhdudlaşmayıb. Ağalar bəy mahir muğam bilicisi kimi tanınıb, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib.

Şuşanın zəngin musiqi mühiti hələ uşaqlıq illərindən Ağalar bəyin bir musiqişünas kimi formalaşmasına mühüm təsir göstərmişdi. O, muğamın sirlərini dayısı Mir Baba Mir Abdulla oğlu Vəzirovdan öyrənmişdi.

Ağalar bəy bacısı Şirin xanımın oğlu Üzeyir bəy Hacıbəylinin ilk müəllimi olub. O, gələcək dahi bəstəkarın qəlbində xalq musiqisinə və muğam sənətinə böyük məhəbbət oyadıb.

Ağalar bəy Məhbubə xanım Abbas bəy qızı Uğurlubəyova ilə ailə qurub. Bu nikahdan Nazim, Rasim, Kazım adlı oğulları və Nüşabə adlı qızı dünyaya gəlib. Belə bir ailə mühiti onların da sənət seçiminə təsir göstərib. Nazim bəstəkar, Rasim skripkaçı, Kazım dirijor, Nüşabə isə pianoçu olublar.

Nazim Əliverdibəyov 1926-cı il avqustun 24-də Kislovodsk şəhərində dünyaya göz açıb. Ailəsi ilə Bakıya köçdükdən sonra mükəmməl musiqi təhsili alıb. Onillik musiqi məktəbində, Bakı Musiqi Texnikumunda oxuyub. Hələ onillik musiqi məktəbinin buraxılış imtahanında bəstələdiyi pyeslərdən birini ifa edən Nazim Əliverdibəyov istedadı ilə diqqəti cəlb edib.

O, təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində davam etdirib. 1952-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib.

Nazim Əliverdibəyov ömrünün böyük hissəsini pedaqoji işə həsr edib. Onun sənət yolunda bəstəkarlıq qədər pedaqoqluq da mühüm yer tutub. N.Əliverdibəyov 1951-1985-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1964-1985-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru vəzifəsində çalışıb.

O, yaradıcılığında müxtəlif musiqi janrlarına müraciət edib. Əsərləri arasında uşaqlar üçün "Cırtdan" nağıl-operası, "Nazxanım naz eləyir" musiqili komediyası, "Muğam" xoreoqrafik lövhələri, iki balet süitası, "Mingəçevir" simfonik poeması, xalq çalğı alətləri orkestri üçün "İçərişəhər" musiqi lövhələri, silsilə romanslar, kamera-instrumental və xor əsərləri, teatr tamaşaları və kinofilmlər üçün yazılmış musiqilər xüsusi yer tutur.

Bəstəkarın "Qəhrəmanlıq" simfonik orkestr üçün uvertürası, "Balet süitası", "Rəqs süitası", violonçel ansamblı və simfonik orkestr üçün "Skertso" kimi əsərləri də onun yaradıcılığının dəyərli nümunələrindəndir. "Bayatı-Şiraz" muğamının kapella xor üçün işlənməsi isə bəstəkarın milli musiqi irsinə yaradıcı münasibətini və orijinal yanaşmasını nümayiş etdirir. O, həm də orqan üçün "Bayatı-Şiraz", "İçərişəhər lövhələri", kanon üzrə bəstələnmiş elegiya və digər əsərlərin müəllifidir.

Nazim Əliverdibəyov bir sıra filmlər üçün musiqilər yazıb. O, "Bizim küçənin oğlanları", "Çarvadarların izi ilə", "Göllərin tacı", "Gilas ağacı", "Mənim Xəzərim", "Vulkana doğru", "Münəccimin şagirdi" və "Yaxşı qurtardıq" ekran əsərlərinin bəstəkarı, "Üzeyir ömrü" filminin isə musiqi redaktoru olub.

Onun Üzeyir bəy Hacıbəylinin irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyəti ayrıca qeyd edilməlidir. Nazim Əliverdibəyov Üzeyir bəy Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib, "Leyli və Məcnun" və "Koroğlu" operalarının nəşr edilmiş partituralarının musiqi redaktoru olub.

Əliverdibəyovlar ailəsinin sənət ənənəsi Nazim Əliverdibəyovun timsalında davam və inkişaf edib. Atası Ağalar bəyin muğam və musiqişünaslıq sahəsində qazandığı zəngin təcrübə, Şuşanın musiqi mühiti və Üzeyir bəy Hacıbəyli məktəbi onun yaradıcılıq dünyasında mühüm yer tutub.

Nazim Əliverdibəyov 1986-cı il fevralın 16-da Bakıda vəfat edib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!