03 Noyabr 2026 18:25
966
CƏMİYYƏT
A- A+
AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Türkmənistanda səfərdədir.

Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında tarixən formalaşan dostluq münasibətləri və dövlət başçılarının siyasi iradəsi sayəsində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Mərkəzin sədri rəhbərlik etdiyi təşkilatın Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının müdafiəsi, rəqəmsallaşma prosesi və innovativ təşəbbüslər, eləcə də üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Konfederasiya sədri çıxışında reallaşdırılan sosial layihələr, üzvlərə göstərilən hüquqi yardım, həmçinin yollayış sisteminin rəqəmsal transformasiyası və sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi sahəsindəki yenilikləri diqqətə çatdırıb.

Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanan Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyəti, əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Azərbaycan nümayəndə heyəti, həmçinin Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!