01 Sentyabr 2024 08:44
82
SİYASƏT
A- A+

Ağalı kəndində seçkilər seçici aktivliyi ilə başlayıb

 

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə seçicilər yüksək əhval-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin aktivliyi müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında 5 seçki məntəqəsi fəaliyyət göstərir. 33 saylı seçki məntəqəsi Ağalı kəndi məktəbində fəaliyyət göstərir. Kənd sakinlərinin bu məntəqədə səsvermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb. Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə tam sərbəst şəkildə iştirak edirlər.

125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də aktivlik müşahidə edilir. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün Alıbəyli kəndi ərazisində 61 saylı seçki məntəqəsi, Ağbənd qəsəbəsində 62 saylı seçki məntəqəsi, Zəngilan şəhərin mərkəzində isə 64 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə isə 63 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sözügedən dairə üzrə 64 seçki məntəqəsi üzrə qeydə alınan seçicilərin sayı 56391 nəfərdir. Onlardan 31600 seçici və 36 seçki məntəqəsi Zəngilan üzrə, 24791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video