10 İyul 2026 11:00
362
DÜNYA
A- A+
ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur


Sui-qəsdçilərdən birinin narahat anası polisə vaxtında zəng edib


ABŞ-nin 8 sakini Prezident  Donald Trampın doğum günündə Ağ Evin Cənub çəmənliyində keçirilən UFC Freedom 250 tədbiri zamanı qətl və terror aktları törətmək üçün sui-qəsddə ittiham olunub. AP News agentliyinin məlumatına görə, kişilər iki ayrı sui-qəsddə ittiham olunurlar: biri terrorçulara maddi dəstək vermək, digəri isə federal hökumət rəsmisinin qətlini törətmək.

9 iyul ittihamnaməsi işi sadələşdirmək yönündə qaydaya salmaq və təqsirləndirilən şəxsləri vahid sui-qəsd ittihamında birləşdirmək məqsədi güdür. Rəsmilər qrup üzvlərinin marginal sui-qəsd nəzəriyyələrini dəstəklədiklərini və hücumun hökumətin işini qeyri-sabitləşdirəcəyinə ümid etdiklərini deyiblər. 

Hücuma hazırlıqlara may ayında - qrup pul, odlu silah, sursat, zirehli geyim, partlayıcı maddələr, dronlar, tibbi avadanlıqlar, rabitə vasitələri və digər əşyalar yığmağa başladığı zaman start verilib.

Təqsirləndirilən şəxslərdən biri müstəntiqlərə idman yarışları məkanında partlayıcı maddələrlə təchiz olunmuş dronları işə salmağı və sonra panikaya düşmüş tamaşaçıları qaçarkən güllələməyi planlaşdırdıqlarını bildirib. 

Federal prokurorlar iddia edirlər ki, cinayətkar qrup tədbirdə Donald Trampı, vitse-prezident Cey Di Vensi, digər federal hökumət rəsmilərini, İsrailin Baş naziri Benyamin Netanyahunu, milyarder İlon Maskı və digər yüksək vəzifəli məmurları öldürməyi planlaşdırıb.

Qrupun yeddi üzvü 11-21 iyun tarixləri arasında həbs edilib. 

Ağ Evə planlaşdırılan və baş tutmayan hücumun təşkilatçısı meksikalı mühacir Abraham Hermosilyo Alvares hesab olunur. O, Nebraskada saxlanılıb. Qalan şübhəlilər Ohayo, Missuri, Kaliforniya və Vaşinqtonda həbs ediliblər. Bu həftə ittiham olunan şəxslərin sırasına 21 yaşlı Qərbi Virciniyanın 21 yaşlı  sakini qoşulub.

FTB planlaşdırılan hücum barədə turnirdən dörd gün əvvəl sui-qəsdçilərdən birinin narahat anasının polisə zəng etməsindən sonra məlumat əldə edib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!