18 Dekabr 2025 19:38
183
İQTİSADİYYAT
A- A+
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb VİDEO  

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb VİDEO  


2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhfəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin sayının 45 faiz və ya 595 min artdığını, bu artımın 92 faizinin özəl sektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdə əməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə nazirlik tərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib. Anar Əliyev ölkəmizdə dayanıqlı mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sisteminin formalaşdığını, bu sistem vasitəsilə işçilərin hüquqlarının qorunması ilə yanaşı, həm də sahibkarların maraqlarının təmin edildiyini, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib. O, sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahının yüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirib, “Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadi siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il orta hesabla 6,7 faiz artıb və onun iqtisadiyyatda payı 68 faizə yüksəlib, hazırda bu rəqəm 70 faizdən çoxdur. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət və özəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərir və bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlin investoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”, “İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, "Uğurlu istehsalçı", “Fəal ixracatçı şirkət”, "Halal biznes", “Yeni nəfəs, yeni görüntü”, "Uğurlu startap", “Milli biznesin beynəlxalq təsir gücü”, “Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”, “Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes” nominasiyaları üzrə mükafatlandırılıblar.

Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunub. “Ekvita” şirkətinin baş direktoru İlqar Mehtinin moderatorluğunda panel müzakirədə sahibkarlıq ekosistemləri üzrə fəlsəfə doktoru Qənirə İbrahimova, “Times Consulting”in direktoru Elqar Bağırov, “Kapital Bank” ASC-nin Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi Xasıyev, “Hesabat.az”, “CİB Biznes” və “TechLaw.az” layihələrinin təsisçisi Hacıağa Hacı KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlət dəstəyi və innovativ yanaşmalar barədə fikir və təkliflərini bölüşüblər.

Eyni zamanda, tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsi keçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektinin layihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmiş müsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.

Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıqla bağlı film nümayiş olunub.

Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq” mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!