27 Avqust 2022 01:01
1029
CƏMİYYƏT
A- A+
Ziyanı xeyrindən çoxdur

Ziyanı xeyrindən çoxdur

 

Gün eynəklərini seçərkən keyfiyyətinə diqqət yetirilməlidir

 

Yay mövsümü ilə əlaqədar ticarət obyektlərində gün eynəklərinin satışı artır. Günəş şüalarının gözlərimizə təsirini aradan qaldırmaq üçün əksəriyyətimiz həmin eynəklərdən istifadə edirik.

Baxmayaraq ki, mütəxəssislər açıq satışda olan bu cür ucuz eynəklərin zərərləri barədə həmişə həyəcan təbili çalırlar. Paytaxtımızda hər addımbaşı eynək satılan məkanlara rast gəlirik. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə yaradır. Eynəkləri seçərkən adamlar əsasən onun formasına və rənginə diqqət yetirirlər. Rahatlıq və sağlamlıq isə ikinci plana keçir. Bu isə gözə ciddi zərər verir.

 

Saxta eynəklər gözləri zəiflədir

Mövsümə uyğun gün eynəkləri dəbdə olan aksesuara çevrilib. Eynəkdən istifadə edənlərin sayının artmasını nəzərə alıb mövzu ilə bağlı mütəxəssislərin rəyini aldıq. Eyni zamanda eynək alıcılarının fikirlərini öyrəndik. Bəziləri eynəkləri optik mağazalardan, bəziləri isə səyyar satış yerlərindən aldığını dedi. Onların sözlərinə görə, insanlar gün eynəyi seçərkən əsasən ona yaraşıb-yaraşmadığına görə diqqət edirlər. Yəni güzgüyə baxıb, bəyəndiklərini alırlar.

Şəhər sakini Namiq Əliyev eynək alarkən daha çox görünüşə önəm verdiyini deyir: "Bu yaxınlarda eynək almışam. Əlbəttə ki, keyfiyyətli eynəyi seçmək məni yetərincə narahat edirdi. Ümumiyyətlə, eynək alanda həm keyfiyyəti, həm də görünüşü nəzərə alınmalıdır. Çünki bəzən eynək taxanlara münasibət birmənalı olmur, buna görə də formasına daha çox üstünlük verilir".

Digər bir şəhər sakini Aytən Fətullayeva isə eynək alarkən həkim məsləhətinin vacib olduğunu vurğulayır: "Eynək aldığım zaman təbii ki, birinci şüşənin keyfiyyətini soruşuram. Bunu öyrənməyin ən yaxşı yolu da həkimin məsləhət görməsidir. Şüşəsinin keyfiyyətli olması və markası mənim üçün böyük əhəmiyyət kəsb edir".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov hazırda Azərbaycanda satışda olan gün eynəklərinin əksəriyyətinin keyfiyyətsiz olduğunu bildirdi. Onun sözlərinə görə, gün eynəkləri görmənin zəifləməsinə səbəb ola bilir: "Əslində, gün eynəkləri həkim göstərişi ilə yazılmalıdır. Keyfiyyətsiz eynəklər gözün zəifləməsinə səbəb olur. Ən keyfiyyətsiz eynək ən bahalı mağazalarda da satıla bilər. İnkişaf etmiş ölkələrdə gözlük satışa çıxarılmazdan öncə bir neçə qurum tərəfindən yoxlanılır. İstifadəyə yararlıdırsa, ona sertifikat verilir.  Eynəklər əmtəə bazarına daxil olmadan sertifikatlaşmalı və yoxlanılmalıdır. Əsl firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynəyin üzərində polaroid yazılıbsa, həmin testə baxdıqda adi gözlə görünməyənləri görə bilirsən. Satışda çox ucuz, keyfiyyətsiz eynəklər var. Bu da kütləvi korlaşma yaradır. Kim necə və haradan istəyir, mənşəyi məlum olmayan eynəkləri gətirib satır".

E.Hüseynov xatırlatdı ki, məhsulun brend olması hələ onun keyfiyyətli olması demək deyil: "Bahalı mağazalarda müəyyən standartlara əsasən hazırlanan eynəklər satılır. Lakin kim zəmanət verə bilər ki, hansı eynək hansı problemdən əziyyət çəkən göz üçün məsləhətlidir. Sadəcə, istehlakçı brend olduğu üçün bu məhsulu alır. Ümumiyyətlə, tövsiyə edilir ki, gün eynəklərindən uzaq olun, onlar gözləri kor edirlər".

 

Eynəklər ixtisaslaşmış mağazalardan alınmalıdır

Keyfiyyətsiz eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına gətirib çıxarır, insanda yorğunluğa yol açır. Görmə qabiliyyətində problemlər varsa, göz həkiminə müraciət etmək lazımdır və ondan düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin. Eynək gözə düşməyəndə ilkin olaraq gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da qıcıqlanmaya, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə, küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın. Ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir.

Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti Rəhman Allahverdiyev deyir ki, eynək geyinmək həkimlərin göstərişi və diaqnozu ilə olmalıdır: "Günəşin ultrabənövşəyi şüaları gözün strukturlarına zədələyici təsir göstərir. Ona görə də günəş şüalarından qorunmaq üçün xüsusi ultrabənövşəyi şüaları udan eynəklər təyin olunur. Bu şüalar udulmasa gözün strukturlarına, xüsusilə torlu qişaya zədələyici təsir edir. Bu da gələcəkdə tor qişanın ağır patologiyasına gətirib çıxarır. Vətəndaşlar küçədə satılan eynəkləri alırlar. Onların da çoxu keyfiyyətsiz olur. Buna görə məsləhətli yerlərdən eynəklər alınmalıdır. Bu eynəklərin şüşələri etibarlıdır. Onların üzərində sənədi olur".

 

Diqqət edilməli məqamlar

Keyfiyyətli eynəklə yanaşı, yüksək ixtisaslaşmış, peşəkar optika işçilərinin məsləhətləri də vacibdir. Onlar sizin üz quruluşunuza, refraksiyanıza, şikayətlərinizə uyğun məsləhətlər verəcəklər ki, bu da düzgün eynək seçimində çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda eynəyin keyfiyyət sənədinə və etiketinə diqqət yetirmək lazımdır. Nəzərə alın ki, gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır. Xəstəlik mənbəyi olan keyfiyyətsiz eynəkləri, - "ucuzdur" deyə almayın. Sonradan həyatınızın ən qiymətli neməti olan gözlərinizdən məhrum ola bilərsiz.

 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!