20 Oktyabr 2025 08:15
440
SİYASƏT
A- A+
Zəngilan dirçəlişin, yenidənqurmanın və inkişafın rəmzinə çevrilib  

Zəngilan dirçəlişin, yenidənqurmanın və inkişafın rəmzinə çevrilib  


20 oktyabr tariximizin şanlı səhifələrindən biri, Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən bu tarix rəsmi olaraq Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 20 oktyabrın Zəngilan şəhəri günü kimi müəyyən olunması Zəngilanın tarixi, mədəni və strateji əhəmiyyətinə verilən yüksək dəyərin göstəricisidir. 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, 2020-ci ilin 20 oktyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşmən işğalından azad etdi. Bu, yalnız hərbi qələbə deyildi. Bu, həm də tarixi ədalətin bərpası, xalqımızın əzminin və birliyinin təntənəsi idi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədində 132 kilometrlik ərazi üzərində tam nəzarət bərpa olundu və bu strateji uğurla Vətən müharibəsinin gedişində yeni mərhələ başlandı. Zəngilanın azad olunmasında şücaət göstərmiş 6974 hərbi qulluqçunun “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunması isə dövlətimizin qəhrəman övladlarına olan yüksək ehtiramının bariz nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, bu gün biz artıq Zəngilanı Böyük Qayıdışın önündə gedən bir rəmz kimi tanıyırıq. Məhz burada Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi həyata keçirildi. 200 ailəlik bu müasir kənddə ekoloji cəhətdən təmiz enerji sistemləri, yüksək sürətli internet, qabaqcıl sosial xidmətlər və tam dayanıqlı yaşayış infrastrukturu təmin olunub. Burada məskunlaşan ailələr peşə və bacarıqlarına uyğun işlə təmin edilir, dövlət tərəfindən onların rifahı üçün hərtərəfli dəstək göstərilir.

Eyni zamanda, Zəngilan bu gün mühüm nəqliyyat və logistika qovşağı kimi də ölkəmizin gələcəyinə xidmət edir. Zəngilan Beynəlxalq Hava Limanı artıq fəaliyyətə başlayıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, Zəngilan-Horadiz avtomobil yolu isə regionun iqtisadi inkişafını sürətləndirəcək əsas layihələrdəndir. Bu nəqliyyat arteriyaları ölkəmizi Naxçıvanla, oradan isə türk dünyası ilə birləşdirən Zəngəzur dəhlizinin gerçəkləşməsində mühüm rol oynayır.

Fatma Yıldırım qeyd edib ki, Zəngilanda mədəni irsin bərpası da diqqət mərkəzindədir. İşğal zamanı dağıdılmış və təhqir olunmuş Zəngilan şəhər məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş, orijinal memarlıq üslubu qorunaraq yenidən ibadətə açılmışdır.

Bundan əlavə, turizm potensialı da sürətlə inkişaf etdirilir. 2024-cü il mayın 18-də istifadəyə verilmiş “Ağalı” hoteli bölgəyə yeni nəfəs gətirir və Zəngilanın ekoturizm mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardandır.

Deputat bildirib ki, Zəngilan bu gün təkcə azad olunmuş bir rayon deyil. O, dirçəlişin, yenidənqurmanın və inkişafın rəmzinə çevrilmişdir. “Bu uğurların təməlində isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, dövlət siyasətinin ardıcıllığı və xalqımızın sarsılmaz birliyi dayanır.

20 oktyabr Zəngilan Şəhəri Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edir, Zəngilanın dirçələn torpaqlarında əbədi sülh və rifah arzulayıram”- deyə Fatma Yıldırım bildirib.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!