07 Sentyabr 2025 08:10
997
SİYASƏT
A- A+
Zəngəzur dəhlizinin açılması türk dünyasının birliyinin, yeni güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir

Zəngəzur dəhlizinin açılması türk dünyasının birliyinin, yeni güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir


AZƏRTAC Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ilə müsahibəni təqdim edir.

- Günay xanım, son illərdə ölkəmiz diplomatik cəbhədə olduqca mühüm addımlar atmışdır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə, ardınca Minsk qrupunun ləğvi bu prosesin zirvəsi oldu. Sizcə, bu hadisələr regionun gələcəyinə necə təsir edəcək?

- 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in baş katibinə birgə müraciətin ünvanlanması - böyük tarixi hadisələr idi. O gecə ekranlardan izlədiklərimizi biz illər öncə təsəvvürümüzə gətirə bilməzdik.

Digər tərəfdən, sentyabrın 1-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qərarla Minsk qrupunun fəaliyyətinə və ona bağlı bütün strukturlara artıq son qoyuldu. Bu qrup uzun illəri əhatə edən səmərəsiz fəaliyyəti ilə birlikdə artıq arxivə keçdi.

Bütün bu böyük əhəmiyyətli hadisələri ölkəmizin tarixinə Prezident yazdı. O, necə ki, 5 il öncə hərbi strategiyası ilə döyüş meydanında Azərbaycana Zəfər qazandırdı, eləcə də bu gün diplomatik səriştəsi ilə sülhü təmin etdi. Həm də tək ölkəmizdə deyil, bütövlükdə regionda.

Birgə Bəyannamə sənədi Azərbaycan və Ermənistan ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni siyasi reallığın əsasını qoyur. Çünki sözügedən razılaşma ölkəmizin uzun illər boyu irəli sürdüyü ədalətli mövqeyin və sülh təşəbbüslərinin beynəlxalq müstəvidə qəbul olunmasının təzahürüdür. Bu fakt həm də Azərbaycanın diplomatiya sahəsində qazandığı üstünlüyün bariz göstəricisidir. Əgər 1990-cı illərdə işğal və ədalətsizliklə üzləşən Azərbaycan zəif tərəf idisə, bu gün o, həm hərbi, həm də siyasi gücü ilə regionda əsas söz sahibinə çevrilmişdir.

- Əgər gələcəkdə Ermənistan imzalanan razılaşmadan yayınarsa, sizcə bu hansı nəticələrə səbəb ola bilər?

- Düşünürəm ki, bu cür davranış, ilk növbədə, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında etibarını sarsıdacaq. Prezident İlham Əliyev avqustun 26-da Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalında yayımlanan müsahibəsində həmin məsələ ilə bağlı öz fikirlərini səsləndirdi. Dövlət başçısı ABŞ-nin, Avropa İttifaqının, Türkiyənin və ərəb ölkələrinin sülh razılaşmasını dəstəkləməsini xüsusi qeyd etdi. Daha sonra digər bir çox dövlətlərlə yanaşı, ATƏT daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistanın sabit qonşuluq münasibətlərinə doğru atdıqları addımı alqışladılar.

Artıq Azərbaycanın diplomatiyası sərhədləri aşaraq geniş dünya arenasında qəbul edilir. Düşünürəm ki, bu, eyni zamanda Ermənistan üçün də ciddi mesajdır: beynəlxalq ictimaiyyət münaqişənin davam etməsini deyil, əmin-amanlığın bərqərar olmasını istəyir.

Ermənistanın gələcəkdə razılaşmadan geri çəkilməsi onun üçün diplomatik və geosiyasi təcrid yarada bilər. Azərbaycan isə suverenliyini və milli maraqlarını qorumaqda qətiyyətlidir.

Digər tərəfdən, Ermənistan Konstitusiyasında olan bəzi ziddiyyətlərin aradan qaldırılması da vacibdir. Bu, həm də ölkənin regional əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış etməsi üçün mühüm şərtdir.

Baxın, Azərbaycanla sülh sazişinin imzalanması, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılmasına, Pakistanla diplomatik əlaqələrin qurulmasına zəmin yaratdı. Yəni əldə olunan razılaşma, Ermənistanın həm iqtisadi yüksəlişinə, həm də xarici siyasətdə möhkəmlənməsinə dair geniş imkanlar açır.

- Siz az öncə dövlət başçısının "Əl-Ərəbiyyə" telekanalında yayımlanan müsahibəsinə istinad etdiniz. Bu müsahibə qlobal medianın gündəmində önəmli hadisələrdən biri oldu. İstərdim elə oradan davam edək.

- Cənab Prezident hər zamankı kimi ona xas olan mərdlik və cəsarətlə öz çıxışında tarixi həqiqətləri və hazırkı siyasi mənzərəni təqdim etdi. Bu müsahibə həm mövcud vəziyyəti, həm də gələcəyə baxışı əks etdirən son dərəcə mühüm məqamlarla zəngin idi.

Prezident çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin kökünə diqqət çəkərək onun səbəblərini, nəticələrini və bugünkü həqiqətləri bir daha çox açıq şəkildə izah etdi. O, bir tərəfdən tarixi ədalətsizliyi - Azərbaycan ərazilərinin işğalını, qaçqın və məcburi köçkünlərin taleyini, Xocalı soyqırımını və etnik təmizləməni yenidən xatırlatdı, digər tərəfdən isə Azərbaycanın güclənməsi ilə yaranan yeni reallığı vurğuladı. Bütün bunlar, keçmişin və bugünün gerçəklikləridir. Bunlar yaşanmışdır və yaşanmaqda olanlardır...

- Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizi layihəsi ilə bağlı fikirlərini səsləndirdi. Bu layihənin reallaşmasının ölkəmiz və bütövlükdə region üçün önəmi barəsində nə deyə bilərsiniz?

- Bu gün hamı Zəngəzur dəhlizindən danışır. Amma, mən 5 il əvvəli xatırlayıram. Bu ifadəni uzaqgörənliklə 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları arasına və ümumiyyətlə, ilk dəfə siyasi leksikona daxil edən Prezident İlham Əliyev olmuşdur.

Dövlət başçısı özü də çıxışı zamanı vurğulamışdı ki, məhz onun təkidi ilə həmin bənd Birgə Bəyanata salınmışdır.

Əslində bilirsiniz ki, Zəngəzur koridoru çox kiçik bir məsafəni əhatə edir. Sadəcə 42 km. Amma bu kiçik məsafə, regional və beynəlxalq baxımdan olduqca böyük əhəmiyyətə malikdir.

Bütün Cənubi Qafqazı mühüm bir ticarət, nəqliyyat və logistika qovşağına çevirməyə qadir olan strateji bir təşəbbüsdən söhbət gedir. Hətta, bu layihə daha geniş miqyaslı inteqrasiyanı nəzərdə tutur.

Bizim üçün ən mühüm məqamlardan biri də odur ki, bu koridor Türkiyə ilə Orta Asiyanı birləşdirir. Yəni Zəngəzur dəhlizinin açılması türk dünyasının birliyinin, yeni güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir.

II Qarabağ müharibəsindən sonrakı dönəmdə Azərbaycan və Türkiyə bu layihənin gerçəkləşməsi üçün böyük siyasi iradə və texniki hazırlıq ortaya qoymuşdur.

Ancaq bildiyiniz kimi, Ermənistan bu məsələ ilə bağlı uzun müddət qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Bu səbəbdən ABŞ-nin, Prezident Donald Trampın və onun administrasiyasının vasitəçiliyi ilə məsələ beynəlxalq gündəliyə daşındı. Azərbaycan tərəfi açıq mesaj verdi ki, dəhlizin fəaliyyəti yalnız Ermənistanın zəmanətləri ilə məhdudlaşmamalıdır, bunun üçün güclü beynəlxalq təhlükəsizlik təminatları da tələb olunur.

Dəhlizin inşası Azərbaycan Prezidentinin çıxışında qeyd etdiyi kimi, ölkəmiz tərəfindən 1 il ərzində tam şəkildə həyata keçirilə bilər. Bu, hər kəs tərəfindən qəbul olunan bir həqiqətdir, çünki Azərbaycan Qarabağda həyata keçirdiyi irimiqyaslı işlərlə öz quruculuq əzmini artıq sübut edib. Hər yeni gün vətəndaşlarımız Qarabağa qayıdır. Orada yaşayan və fəaliyyət göstərən sakinlərin sayı artıq 50 mindən çoxdur.

- Dövlət başçısı müsahibəsində Türk Dövlətləri Təşkilatının böyük potensiala malik olmasına diqqət çəkdi. Bu, az öncə sizin vurğuladığınız türk dünyasının birliyi mövzusuna bir daha işıq salır.

- Bəli, Türk Dövlətləri Təşkilatı unikal bir strukturdur. Yəni bu, ortaq köklər, ortaq tarix, ortaq mədəni-mənəvi bağlarla birləşmiş nəhəng bir platformadır. Dünyanın siyasi xəritəsində çox az belə nümunələr var.

Günü-gündən türk dövlətləri arasında inteqrasiya daha da intensivləşir və biz yeni təşəbbüslər, yeni layihələrlə qarşılaşırıq.

Növbəti nümunələrdən biri kimi, qısa zaman öncə, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistanın dövlət başçıları arasında yüksəksəviyyəli görüşün keçirilməsini göstərə bilərik.

Görüş həm ikitərəfli, həm də çoxtərəfli layihələrlə ölkələrimiz və ümumilikdə region üçün müsbət nəticələri ilə yadda qaldı. Məsələn, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq körpüləri salındı. Eyni zamanda azad Füzulidə qardaşlıq bağlarımızın digər bir örnəyi kimi Türkmənistan tərəfindən məscid inşa ediləcək. Beləliklə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstanla yanaşı Türkmənistan da Qarabağda yenidənqurma işlərinə öz töhfəsini verəcək.

Türkmənistanla əməkdaşlığımızın bir çox sahələrdə dərinləşdirilməsi Türkmənbaşı şəhərində beynəlxalq hava əlaqələrimizin inkişafına dair Anlaşma Memorandumunun imzalanması ilə bir daha təsdiq olundu.

Həmçinin görüş çərçivəsində nəqliyyat-logistika sahəsində üçtərəfli sənədin imzalanması regionun tranzit potensialının daha da gücləndirilməsinə, Orta dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir.

Xatırlayırsınız, iyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, sənaye, gəmiçilik, təhsil, sosial müdafiə, ətraf mühitin mühafizəsi məsələləri daxil olmaqla bir çox sahələrdə iş birliyini əhatə edən sənədlər mübadilə olundu.

Eyni zamanda Sumqayıt şəhəri ilə Daşkənd vilayəti, Qəbələ və Nəvai şəhərləri arasında qardaşlaşma münasibətləri quruldu. Beləliklə, Azərbaycan və Özbəkistanın qardaş şəhərlərinin sayı artıq 13-ə yüksəldi.

Düşünürəm ki, sadaladığımız addımlar iqtisadi əməkdaşlıq ilə yanaşı, həm də ölkələrimiz arasında strateji tərəfdaşlığın və ümumiyyətlə, türk dünyasının həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Fikir verin, günü-gündən Türk Dövlətləri Təşkilatının nüfuzu daha da artır və təbii şəkildə yeni tərəfdaşların marağını cəlb edir. Niyə? Çünki, Türk Dövlətləri Təşkilatının təməlində süni mexanizmlər deyil, ortaq mədəni kodlar və milli dəyərlər dayanır.

Bu da bir reallıqdır ki, Azərbaycan, öz tarixi köklərindən, dilindən, mədəniyyətindən və birliyi qorumaq iradəsindən qaynaqlanan gücü ilə Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən birinə çevrilmişdir.

Prezidentin vurğuladığı kimi, Azərbaycan ilə Türk Dövlətləri Təşkilatının üzvləri arasında strateji tərəfdaşlıq müqavilələri, bəyannamələr imzalanmışdır. Yəni Azərbaycan bu birliyi möhkəmləndirmək üçün konkret addımlar atır. Bunlar kağız üzərində qalacaq sənədlər deyil - hər biri gələcək üçün bir yol xəritəsidir. Türk dünyasının gələcəyinə verilmiş söz və ümidlərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!