09 Yanvar 2026 08:25
416
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizi - regional və qlobal miqyasda yeni əməkdaşlıq imkanları yaradan layihə

Zəngəzur dəhlizi - regional və qlobal miqyasda yeni əməkdaşlıq imkanları yaradan layihə


XXI əsrin dəyişən siyasi və iqtisadi reallıqları nəqliyyat-kommunikasiya dəhlizlərinin strateji əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Zəngəzur dəhlizi (TRIPP) regional və qlobal miqyasda yeni əməkdaşlıq imkanları yaradan mühüm layihələrdən biri kimi dünyanın maraq dairəsindədir. Xüsusilə Şərq ilə Qərb, Şimal ilə Cənub arasında əlaqələrin gücləndirilməsində əsas mərkəz olaraq ticarət, logistika və investisiya axınlarını sürətləndirəcək, regionun iqtisadi inteqrasiyasına və sabitliyinə töhfə verəcək.

Azərbaycan, Türkiyə və  Mərkəzi Asiya ölkələrini birləşdirən bu dəhliz  təkcə nəqliyyat layihəsi deyil. TRIPP  həm də regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edən strateji təşəbbüs və yol xəritəsidir. Məhz bu reallıq regionun gələcək iqtisadi və siyasi mənzərəsini müəyyənləşdirən mühüm layihə kimi diqqət mərkəzindədir. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Türkiyə üzərindən Avropa bazarlarına birbaşa çıxışı da təmin edəcək. TRIPP çərçivəsində Zəngəzur dəhlizi Şərq-Qərb və Orta dəhlizin əsas komponentlərindən birinə çevrilərək yük və sərnişin daşımalarının daha sürətli, təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Bu gün Zəngəzur dəhlizinin (TRIIP) tikintisi region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Uzun illər bağlı qalmış nəqliyyat-kommunikasiya xətlərinin bərpası texniki məsələ olmaqla yanaşı, iqtisadi və siyasi baxımdan da mühüm addımdır. Layihənin reallaşması yük və sərnişin daşımalarını sürətləndirəcək, tranzit imkanlarını genişləndirəcək və regionu beynəlxalq ticarət marşrutlarının vacib həlqəsinə çevirəcək. Logistika xərclərinin azalması, tranzit vaxtının qısalması və alternativ marşrutların formalaşması nəticəsində region ölkələri üçün yeni iqtisadi imkanlar yaranacaq. Mütəxəssislərin fikrincə, bu layihə qarşıdurmadan daha çox inkişaf və inteqrasiya vəd edir. Azərbaycanın bu istiqamətdə mövqeyi isə yalnız siyasi bəyanatlarla tamamlanmır,  konkret və ardıcıl addımlarla təsdiqlənir. 

Rəsmi Bakı dəhlizin reallaşması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və infrastruktur hazırlığının böyük ölçüdə tamamlandığını açıq şəkildə ortaya qoyur. Bu reallıqlar Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə  səsləndirdiyi fikirlərdə də aydın ifadəsini tapıb: "Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq".

Dövlət başçısı yolun qalan hissəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, Zəngəzur dəhlizi (TRIPP)  xarici investorlar üçün açıqdır və bu istiqamətdə sərmayə qoymaq istəyən hər kəs dəvət olunur. Layihə tam başa çatdıqdan sonra dəhlizin illik yükötürmə qabiliyyətinin 15 milyon tona çatacağı gözlənilir ki, bu da TRIPP yolunun qlobal ticarət baxımından nə qədər önəmli olduğunu açıq şəkildə nümayiş etdirir. Zəngəzur dəhlizi (TRIPP) Şərq-Qərblə yanaşı  Şərq-Cənub və Şimal-Cənub marşrutlarının da mühüm qollarından birinə çevriləcək. Bu dəhlizin açılması ilə sovet dövründə mövcud olmuş Rusiya-Azərbaycan-İran nəqliyyat xəttinin bərpası mümkün olacaq. Beləliklə, Şimal-Cənub marşrutu üzrə yeni alternativ yol formalaşacaq.  Naxçıvandan çıxan yolun bir istiqaməti Türkiyə və Avropaya, digər istiqaməti isə İran, Fars körfəzi və Yaxın Şərqə uzanacaq. Yolun reallaşması artıq həll olunmuş məsələdir və bu layihədən kənarda qalmaq Ermənistan üçün ciddi strateji itki demək olar. "Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur", - deyə Prezident fikirlərini bildirib.

Dənizlərə çıxışı olmayan Ermənistan uzun illər davam etdirdiyi işğalçı siyasət nəticəsində regional enerji və nəqliyyat layihələrindən kənarda qalaraq öz iqtisadi inkişaf perspektivlərini bilərəkdən məhdudlaşdırıb. Azərbaycan isə bu boşluğu doldurmaq üçün genişmiqyaslı infrastruktur layihələrini reallaşdıraraq tikintini sürətləndirir. Dövlət  başçısı  bəhsolunan müsahibədə yolun perspektivini Ermənistanın gələcəyi ilə belə əlaqələndirib: "Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır".

Hazırkı  reallıqlar  göstərir ki, əməkdaşlıqdan imtina deyil, inteqrasiya region üçün yeganə çıxış yoludur. Qeyd edək ki, dəhlizə maraq yalnız Azərbaycanla məhdudlaşmır, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Çin və Rusiya bu marşrutu Orta dəhlizin əsas həlqələrindən biri kimi dəyərləndirir. Bu da layihənin qlobal əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Xüsusilə Çin yüklərinin Avropa bazarlarına daşınmasında Zəngəzur dəhlizi  strateji əhəmiyyət daşıyır. Bu marşrut yüklərin daha qısa vaxtda və təhlükəsiz şəkildə çatdırılmasına imkan yaradaraq Orta dəhlizin rolunu gücləndirir. Çindən Avropaya uzanan Orta dəhliz TRIPP vasitəsi ilə daha da güclənəcək və Azərbaycan bu strateji yolun həm coğrafi, həm də iqtisadi mərkəzinə çevriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşən marşrut ölkəmizi Qafqazın əsas nəqliyyat qovşağına çevirir, ticarətin canlandığı və strateji marşrutların kəsişdiyi region mərkəzini formalaşdırır.

Göründüyü kimi, Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətə başlaması üçün Azərbaycan genişmiqyaslı infrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirir. Horadiz-Ağbənd dəmir yolunun tikintisi sürətlə davam edir və bu xətt təkcə nəqliyyat marşrutu deyil, uzun illər blokadada qalmış Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən can damarıdır. Paralel olaraq avtomobil yolları salınır, körpülər və tunellər inşa olunur, müasir mühəndis texnologiyaları ilə yeni infrastruktur formalaşdırılır. Bu proseslər ilk baxışda texniki xarakter daşısa da, əslində regionun iqtisadi dirçəlişinə xidmət edir. Hava limanlarının, sərhəd-keçid və gömrük  məntəqələrinin qurulması  dəhlizin  logistika və ticarət mərkəzinə çevriləcəyini təsdiq edir. Və bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə bu marşrut üzrə tranzit axınlarının artması Azərbaycanın regionda nəqliyyat liderliyini daha da möhkəmləndirəcək. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!