21 Aprel 2024 08:00
2255
SİYASƏT
A- A+
Zəfərdən Zəfərə

Zəfərdən Zəfərə

 

İlham Əliyev Qazaxın 4 kəndinin işğaldan azad olunmasını təmin etdi

 

Rusiya sülməramlı kontingentinin ölkəmizi tərk etməyə başlamasının ardınca Azərbaycan ictimaiyyəti daha bir xoş müjdə aldı. Belə ki, Azərbaycanla Ermənistan nümayəndələrinin aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşündə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Bu o deməkdir ki, hazırda Ermənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycana qaytarılır.

 

Uzaqgörən və qətiyyətli siyasətin məntiqi nəticəsi

 

Hələ Vətən müharibəsindən illər öncə Azərbaycan ictimaiyyəti əmin idi ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı, Prezident İlham Əliyevin yeni mərhələyə yüksəltdiyi inkişaf və yüksəliş siyasətinin nəticəsi olaraq  torpaqlarımız işğaldan mütləq azad ediləcək. 44 günlük savaşdan öncə baş verən hərbi əməliyyatlar - 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri təsdiqlədi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu əminliyi gücləndirən əsas amillər Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü mövzusunda prinsipial siyasət yürütməsi, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini və nəyin bahasına olursa-olsun, torpaqlarımızın işğaldan azad olunacağını hər zaman qətiyyətlə bəyan etməsi və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması idi. 
2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsi buna qədər torpaqlarımızın azadlığı ilə bağlı bütün söylənən fikirlərin, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. 44 gün davam edən bu müharibə göstərdi ki, torpaqlarımızın azadlığı uğrunda mübarizədə heç bir qüvvə Azərbaycan dövlətinin və onun Prezidentinin qarşısını ala bilməz. Dəqiqliklə hazırlanıb həyata keçirilən "Dəmir yumruq" əməliyyatının nəticəsi olaraq Şuşa zəfərindən sonra düşmən kapitulyasiya etdi, məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan üçtərəfli Bəyanata imza atmağa məcbur olundu. 
Vətən müharibəsinin ardınca 2020-ci ilin noyabrında Ağdam, Füzuli və Kəlbəcər rayonlarının azad edilməsi, növbəti mərhələdə Laçın şəhərinin və Zabux kəndinin Azərbaycanın nəzarətinə keçməsi Vətən müharibəsindəki şanlı Zəfərimizə yeni rəng qatdı.

 

Müzəffər Ali Baş Komandan Qarabağda erməni separatizminə son qoydu

 

Beləliklə, Prezident İlham Əliyev təmkinlə və böyük uzaqgörənliklə torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Eyni zamanda Azərbaycan ictimaiyyəti əmin idi ki, Müzəffər Ali Baş Komandan separatçıların vaxtilə mövcud olduğu Qarabağ üzərində də dövlətimizin suverenliyini bərpa edəcək, Azərbaycan ərazisində "boz zona"nın mövcudluğuna imkan verməyəcək. Xalqımız bilirdi ki, dünya erməniliyinə qalib gələn Prezident İlham Əliyev Qarabağdakı erməni separatizminin də kökünü kəsəcək. Bir il bundan əvvəl, 2023-cü ilin aprel ayının 23-də Laçın rayonu ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi hadisə olmaqla yanaşı, Qarabağda erməni separatizminə son qoyulmasına aparan yolun əsas mərhələlərindən biri oldu. 
Prezident İlham Əliyev ötən ilin may ayında Laçından separatçılara xəbərdarlıq edərək demişdi: "…Onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".
Prezident İlham Əliyev necə demişdisə elə də etdi, ötən ilin sentyabrında həyata keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirlərində Qarabağdakı 200 illik erməni separatizmi məhv edildi.  Əli xalqımızın qanına bulaşmış erməni terrorçuları isə qandallanaraq Bakıya gətirildilər. 

 

Qərbin qarayaxma kampaniyası darmadağın edildi

 

Qarabağda erməni separatizminə son qoyulması ilə Prezident İlham Əliyev bütün torpaqlarımız üzərində milli suverenliyimizi bərpa etdi. Bu hadisə bir daha göstərdi ki, dövlətimizin başçısı böyük siyasi uzaqgörənliklə Azərbaycanın milli maraqlarını təmin edən güclü və qətiyyətli liderdir.
Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Qazaxın kəndləridir və Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal ediliblər. Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub. Bu kənd 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib.
Azərbaycan Ermənistanın işğal altında olan 8 kəndinin qaytarılması məsələsini illər öncədən qaldırıb. Prezident İlham Əliyev bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində bununla bağlı bildirmişdi ki, işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir: "Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır".
Azərbaycanın Ermənistanın işğal altında olan 8 kəndindən 4-ü anklav, 4-ü qeyri-anklavdır. Hazırda Azərbaycana qaytarılan 4 qeyri-anklav kəndlə bağlı Prezident qeyd etmişdi ki, onlar  qeyd-şərtsiz qaytarılmalıdır: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Beləliklə, Prezident İlham Əliyevin söylədiyi kimi, 4 qeyri-anklav kənd qeyd-şərtsiz Azərbaycana qaytarılır. Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Məsələyə münasibət bildirən ABŞ-nin Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsini əsas tutaraq razılaşmalarını alqışladıqlarını qeyd edib. "Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o "X" sosial şəbəkə hesabında bildirib.
Bu hadisə son 3 il yarım ərzində Azərbaycanın növbəti böyük qələbəsidir. 4 kəndin qaytarılması Prezident İlham Əliyevin böyük diplomatik uğurudur. Bununla həm də Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələrinin neçə müddətdir ki, ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını İlham Əliyev darmadağın etdi. Bu baxımdan bildiririk ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!