02 Avqust 2024 09:08
887
İQTİSADİYYAT
A- A+
"Zaqatala AGRO İndustry" emal məntəqəsinə 600 tondan çox yaş tütün təhvil verilib

"Zaqatala AGRO İndustry" emal məntəqəsinə 600 tondan çox yaş tütün təhvil verilib

 

Məhsulun qurudulub anbarlara yığılması davam edir

 

Hazırda ölkəmizin şimal-qərb bölgəsində kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Havaların yağıntılı keçməsi bəzi sahələrə ziyan vursa da, tütünçülər bol məhsul yetişdirirlər.   
Yaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala AGRO İndustry" MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında ümumilikdə 420 hektar sahədə "Virciniya MC291" növlü tütün əkilib. Hazırda şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 600 tondan çox yaş tütün kütləsi daxil olub.
"Zaqatala AGRO İndustry" MMC-nin direktoru Emin Əsədov bildirib ki, tütün istehsalı ilə bağlı cari ildə həmin rayonlarda 40 fermerlə müqavilə bağlanılıb. Əkin zamanı onlar müəssisənin istixana təsərrüfatında yetişdirilmiş tütün şitilləri ilə təmin olunublar. Eyni zamanda fermerlər şirkət tərəfindən verilmiş toxumla da öz təsərrüfatlarında şitil yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün sahələrinə aqrotexniki qulluq işləri davam etdirilir: "Cari mövsümdə MMC tərəfindən Balakən rayonunda  50 hektar, Zaqatalada 130 hektar, Qaxda 150 hektar, Şəkidə 70 hektar, Oğuz rayonunda isə 20 hektar sahədə tütün əkilib. İndiyədək təhvil verilən yaş tütünün 200 tonu birinci, 200 tonu ikinci, qalanı isə üçüncü növdür. Oğuzdan Xaləddin Alcanov, Arzu İsmayılov, Şəkidən Hacıxan Qəniyev, Qaxdan Həsən Abdullayev, Mehman Əhmədov, Zaqataladan Mustafa Qalayev, Rahib Kələşov, Balakəndən Şamsu Bayramova və digər fermerlər keyfiyyətli məhsul yetişdirməklə yanaşı, yüksək məhsuldarlığa nail olublar. Builki mövsümdə MMC-yə məxsus tütün sahələrindən 5 min tonadək yaşıl kütlə yığılması, ondan 800 ton quru tütün istehsal olunması proqnozlaşdırılır".
Xatırladaq ki, "Tet İnternational Development" şirkətinin Azərbaycanda 4 tütünqurutma müəssisəsi var. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. "Zaqatala AGRO İndustry" MMC bu müəssisələr içərisində ən böyüyüdür. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb.

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!