23 Yanvar 2026 19:54
193
CƏMİYYƏT
A- A+
“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur  

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur  

23 yanvar–27 mart tarixlərində dünyaşöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin (REZA) “Yüksələn işıq” adlı fotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də “Boeing” şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdim olunur.

“Yüksələn işıq” sərgisi Azərbaycanı REZA-nın özünəməxsus bədii baxış bucağından təqdim edərək ölkənin zəngin tarixi irsinin müasir həyatın ritmi ilə harmonik vəhdətini əks etdirir. Geniş beynəlxalq auditoriya üçün hazırlanmış bu vizual hekayə vasitəsilə Azərbaycanın mədəni, sosial və insani siması nümayiş olunur.

Sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi məna daşıyır. Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən on minlərlə sərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma, eyni zamanda, Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsi rolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasında yerləşdirilməsi onun qlobal miqyasını və beynəlxalqyönümlü xarakterini vurğulayır.

“Azərbaycan Hava Yolları”, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun layihəyə verdiyi dəstək tərəfdaşların mədəni təşəbbüslərin beynəlxalq aviasiya mühitinə inteqrasiyasına və aviasiyanın mədəni mübadilə üçün körpü rolunun gücləndirilməsinə dair ortaq baxışını əks etdirir. Vizual düşüncə xətti kimi qurulan sərgi Azərbaycanı onun insanları, təbiəti və gündəlik həyatı vasitəsilə kəşf etməyə imkan yaradır. REZA-nın fotoları məkanın ruhunu, ənənələrin davamlılığını və müasir Azərbaycanın mədəni müxtəlifliyini incə detallarla çatdırır.

Sərgidə REZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir. Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələrə həsr olunub. Buraya Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.

Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir. Bu layihə vasitəsilə biz ölkəmizi təkcə məkan kimi deyil, öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib. O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslər AZAL-ın fəaliyyətinin ümumi inkişaf xətti ilə uzlaşır və aviaşirkətin texniki modernləşmə strategiyasını tamamlayır: “Bu il AZAL donanmasına yeni nəsil “Boeing 787-9 Dreamliner” təyyarəsi qoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakı səyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək”.

“Aviasiya insanları həm marşrutlar, həm də ortaq təcrübələr vasitəsilə birləşdirir”, – deyə “Boeing” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə icraçı direktoru Aysem Sarğın bildirib. Onun sözlərinə görə, sərgiyə dəstək verməklə “Boeing” səyahətçilərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insani hekayələri ilə tanış ola biləcəyi bir məkanın yaradılmasından qürur duyur. Bu sərgi “Boeing”in əsas dəyərlərini əks etdirir: şirkətin təyyarələri yalnız səyahəti mümkün etmir, eyni zamanda, dünyada insanları, mədəniyyətləri və ideyaları bir-biri ilə əlaqələndirir”.

Mədəni dialoq və səyahətin insani ölçüsü ideyası sərginin müəllifi, fotoqraf REZA-nın bədii baxışında da öz dolğun ifadəsini tapır.

“Yüksələn işıq” Azərbaycanın ruhuna və əzabı dözümlülüyə, qaranlığı isə işığa çevirə bilmiş bir xalqa həsr olunmuş şahidliyimdir. Şair Ruminin dediyi kimi, “Yara işığın içinizə axdığı yerdir”. Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiq qalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm,” – deyə REZA bildirib.

REZA insan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləri ilə tanınan dünya şöhrətli fotoqraf və fotojurnalistdir. O, 40 ildən artıq peşəkar fəaliyyəti ərzində 100-dən çox ölkədə çalışaraq müasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib. REZA Azərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixində mühüm mərhələləri — XX əsrin sonlarında baş verən faciəli hadisələri, məcburi köçkünlərin talelərini, I və II Qarabağ müharibələrini öz obyektivi ilə əks etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

21:32
23 Yanvar

Misli Premyer Liqası: "Neftçi" xal itirib  

20:54
23 Yanvar

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur  

19:54
23 Yanvar

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb  

19:41
23 Yanvar

Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb  

19:13
23 Yanvar

İqtisadiyyat naziri Dünya iqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib  

18:41
23 Yanvar

İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  

18:33
23 Yanvar

TEKNOFEST 2026-da PUA yarışı keçiriləcək  

18:11
23 Yanvar

İspaniya Deputatlar Konqresinin sədri Milli Məclisdə olub  

18:01
23 Yanvar

Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyib

17:49
23 Yanvar

Ötən il qeyri-leqal dövriyyədən 6 tona yaxın narkotik vasitə çıxarılıb  

17:31
23 Yanvar

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

17:28
23 Yanvar

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

17:20
23 Yanvar

“New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

17:19
23 Yanvar

“TikTok”un ABŞ strategiyası dəyişdi  

17:18
23 Yanvar

Temperaturun düşməsi okeanda kalsium səviyyəsinin kəskin azalması ilə əlaqələndirilir  

17:17
23 Yanvar

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb  

17:15
23 Yanvar

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

17:05
23 Yanvar

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

17:01
23 Yanvar

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

16:50
23 Yanvar

Güzel Maitdinova: Tacikistan-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük potensial mövcuddur

16:42
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!