17 İyun 2026 19:22
183
CƏMİYYƏT
A- A+
Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

İyunun 17-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda İslam dünyası ilə əməkdaşlığın inkişafı xüsusi yer tutur.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr, ölkəmizdə təşkil olunan mötəbər tədbirlər və irəli sürülən təşəbbüslər İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında qarşılıqlı etimad və əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verib.

Vurğulanıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləyib.

Qeyd edilib ki, dövlətimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan diskussiyalarda, qərar və qətnamələrin qəbul edilməsində qəti mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərir.

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.

Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İslam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müxtəlif tədbirlərində aktiv iştirak edib.

Bundan başqa, Baş prokuror bu il oktyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq işləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın salamını çatdırıb.

Bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.

Baş katibin müavini vurğulayıb ki, Azərbaycan təşkilatın üzvləri sırasında ən fəal, təşəbbüskar və nüfuzlu dövlətlərdən biri kimi tanınır. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər, təşkilatın məqsəd və prinsiplərinin təşviqi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçmiş münaqişə dövründə ölkəmizin haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə daim dəstək verib.

Baş katibin müavini Vətən müharibəsi zamanı və sonrakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın yanında olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin təşkilat tərəfindən böyük maraq və rəğbətlə izlənildiyini bildirib. O, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

Yousef Aldobeay, həmçinin qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı etibarlı tərəfdaş və islam həmrəyliyinin gücləndirilməsi istiqamətində aparıcı üzv dövlətlərdən biri hesab edir. Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilir və İslam Əməkdaşlıq Təşkilatı da öz növbəsində ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Xüsusi vurğulanıb ki, İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə 2027-ci ildə Azərbaycan ev sahibliyi edəcək.

Baş katibin müavini əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti təşkilatın tarixində mühüm hadisələrdən biri olacaq, üzv dövlətlər arasında həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və İslam dünyasının qarşısında duran aktual məsələlərin müzakirəsinə mühüm töhfə verəcək.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

19:26
17 İyun

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

19:24
17 İyun

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

19:22
17 İyun

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

19:19
17 İyun

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

19:18
17 İyun

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

19:16
17 İyun

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:15
17 İyun

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

19:14
17 İyun

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

19:13
17 İyun

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

19:11
17 İyun

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

19:10
17 İyun

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!