17 İyun 2026 19:14
152
SİYASƏT
A- A+
YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

İyunun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kamboca Xalq Partiyası Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathananın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Kamboca arasında münasibətlərin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı, fəal siyasi dialoq şəraitində müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mühüm potensialın olduğu qeyd edilib.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində iki ölkənin beynəlxalq müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində bir-birinin maraqlarını müdafiə etdikləri, ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verdikləri qeyd olunub.

Azərbaycan-Kamboca əlaqələrinin vacib tərkib hissəsi olaraq YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlığın, həmçinin qanunverici orqanlarda dostluq qruplarının fəaliyyətinin önəmi vurğulanıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2023-cü ilin iyul ayında Kambocaya səfəri çərçivəsində Baş nazir, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen ilə görüşü və parlament seçkilərini müşahidə etməsi, həmçinin bu ölkənin nümayəndə heyətinin ötən ilin oktyabr ayında Bakıda keçirilən ICAPP Mədəniyyət Şurasının 4-cü iclasında iştirakı məmnunluqla xatırlanıb.

Tun Vathana YAP nümayəndə heyətinin gələn il Kambocada keçiriləcək yerli seçkilərdə müşahidəçi qismində iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb.

Qarşılıqlı səfərlərin önəminə toxunularaq cari il iyun ayının 15-də YAP-ın təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşa şəhərində keçirilmiş beynəlxalq konfransın həm qlobal gündəliyin aktual məsələlərinin müzakirəsi, həm də partiyalarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu bildirilib.

Tun Vathana ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasına təşəkkür məktubunu təqdim edib.

Tahir Budaqov isə dəvəti qəbul edərək konfransda iştirakına və ölkəmiz haqqında xoş sözlərinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib. O, YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələrarası münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması perspektivlərinin də müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

19:26
17 İyun

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

19:24
17 İyun

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

19:22
17 İyun

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

19:19
17 İyun

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

19:18
17 İyun

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

19:16
17 İyun

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:15
17 İyun

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

19:14
17 İyun

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

19:13
17 İyun

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

19:11
17 İyun

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

19:10
17 İyun

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!