23 May 2023 17:36
703
PARLAMENT
A- A+
Yonas Yarutis: Azərbaycanla Litva arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin möhkəmlənməsinə xidmət edir

Yonas Yarutis: Azərbaycanla Litva arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin möhkəmlənməsinə xidmət edir

 

Mayın 23-də Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini Yonas Yarutisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işçi qrupun rəhbəri Nəsib Məhəməliyev müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini deyən deputat Azərbaycanın enerji sahəsində Avropa ilə geniş əməkdaşlıq etdiyini bildirib.

O, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərin rolundan danışaraq, parlamentlərarası dostluq qrupları arasında sıx əlaqələrin olduğunu, deputatlarımızın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq etdiklərini söyləyib.

Litvalı qonaqlara azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verilib, Ermənistan tərəfindən basdırılan minaların prosesə maneə törətdiyi bildirilib.

Litva Seyminin sədr müavini Yonas Yarutis Azərbaycan və Bakı şəhəri haqqında xoş təəssüratlarını bölüşüb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib. Qonaq dünyada gedən mürəkkəb proseslərdən danışaraq, dövlətlərin davamlı inkişafı, xalqların firavanlığı üçün sülhün, sabitliyin, əmin-amanlığın mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Yonas Yarutis, həmçinin parlamentlərarası münasibətlərin gücləndirilməsi, dostluq qrupları arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!