09 May 2025 09:00
631
DÜNYA
A- A+
Yəhudiləri və müsəlmanları birləşdirən münasibət

Yəhudiləri və müsəlmanları birləşdirən münasibət


Bir sıra ölkələrdə antisemitizm və islamofobiya güclənib


Dünyanın yeddi ölkəsindəki ən böyük yəhudi diasporları antisemit hadisələrdə əhəmiyyətli artım olduğunu qeydə alıblar. Bu barədə Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Argentinanın yəhudi icmalarının daxil olduğu J7 beynəlxalq işçi qrupunun təqdim etdiyi hesabatda deyilir.

Hesabata görə, ən çox antisemit hadisələri (1000 yəhudiyə 38 hadisə) Almaniyada aşkar edilib. Müqayisə üçün bildirilir ki, bu göstərici Böyük Britaniyada 13, Avstraliya, Argentina və Fransada hər birində 4, Kanadada 2, ABŞ-də 1-dir.

J7 qrupu narahatedici bir tendensiya barədə də xəbərdarlıq edib. Hesabatda 2021-ci ildən 2023-cü ilə qədər ABŞ-də antisemit hadisələrin ən kəskin - 227 faiz artdığı deyilib. Həmin rəqəm Fransada 185, Almaniyada isə 75 faizdir. Bunun əsas səbəbi kimi HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu və onun nəticələri göstərilib.

Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının prezidenti Yozef Şuster antisemit  cəbhənin formalaşdığını elan edib. Qeyd edilir ki, oxşar tendensiyalar J7 ölkələrinin hamısında müşahidə olunur. Xüsusilə zorakı hücumların sayı, internetdə yəhudilərə nifrət səviyyəsi artır. Bir çox yəhudinin özlərini getdikcə daha çox güvənsiz hiss etdiyi və qorxudan kimliklərini göstərən simvolları taxmaqdan imtina etdiyi deyilir. Eyni zamanda hesabatda antisemitizm zorakılığına qarşı kifayət qədər tədbir görmədiyinə görə hakimiyyət tənqid olunur.

Digər tərəfdən, müsəlmanlara  hücumların və onlara qarşı ayrı-seçkilik hallarının sayı da artır. Bir müddət əvvəl İslam və Müsəlmanlar Düşmənliyinə Qarşı Alyans (Claim) Almaniyadakı vəziyyətlə bağlı öz təhlilini təqdim edib. Claim-in hesabatına görə, ölkədə müsəlmanlara qarşı hücumlar, təhdidlər və ayrı-seçkilik 2023-cü ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artıb. Bu cür hücumların sayı təqribən 900-dən 1926-ya yüksəlib. Alyansın rəhbəri Rima Hanano deyir ki, müsəlmanlara qarşı irqçilik indi həmişəkindən daha məqbul sayılır və bu, cəmiyyətin nüvəsindən qaynaqlanır.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş bütün dünyada müsəlmanlara qarşı nifrət aktlarının  artdığını bildirərək onlayn platformaları bununla bağlı nifrət çıxışlarının və təqiblərinin yayılmasına nəzarət etməyə çağırıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!