23 Iyul 2024 09:15
122
DÜNYA
A- A+

Yay Olimpiya Oyunlarına 3 gün qalır

 

Fransada isə vəziyyət ciddi narahatlıq doğurur

 

Növbəti Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 3 gün qalır. Mərasim iştirakçıları olan Paris sənətçiləri isə qəfildən Fransa hökümətini "olimpiya" tətili ilə hədələyiblər. Bu barədə bir qrup aktyor, rəqqasə və akrobat məlumat verib. Rəqqasələr xüsusilə narazıdırlar, çünki tamaşanın təşkilatçıları artistlərdən onqat çox pul alırlar.

Bir çox ifaçıların fikrincə, təşkilatçıların elan etdiyi "Birlikdə daha yaxşısını edəcəyik" şüarı indi baş verənlərə heç bir şəkildə uyğun gəlmir. Vəziyyət paradoksaldır. Ola bilsin ki, müasir olimpiadaların tarixində heç vaxt belə hal müşahidə olunmayıb.

Ancaq problemlər tək bununla bitmir. Belə ki, kifayət qədər digər çatışmazlıqlar var. Son bir neçə onillikdə ilk dəfədir ki, Yay Olimpiya Oyunlarında təşkilatçılar pula qənaət etmək üçün azca təmir edilmiş və müəyyən qədər işlək vəziyyətə gətirilmiş idman arenaları ilə kifayətlənməyə qərar veriblər. Amma nədənsə bu, qənaətlə nəticələnməyib. İlkin smeta ilə son nəticə  arasındakı fərq mütləq bir neçə milyard avronu keçəcək. Və belə israfçılıq hələ də izaholunmazdır.

Artıq şəhərdə Olimpiya nəfəsi hiss olunur. Mərkəzdə, ən böyük tarixi yerlərin yaxınlığında isə vəziyyət bir qədər fərqlidir. Spesifik səhra rənglərinə boyanmış zirehli maşınlar Parisin məşhur küçələrində sürətlə şütüyür. Bu, Parisi mühafizə etmək  üçün uzaq Qətərdən gələn hərbçilərdir.

Fransa Daxili İşlər Nazirliyi Olimpiada zamanı mümkün terror aktları barədə xəbərdarlıq edib. Təxminən 40 ölkə təhlükəsizliyi qorumaq üçün iki minə yaxın zabit və əsgər göndərib. 45 minlik fransız polis kontingentinin isə  həqiqətən köməyə ehtiyacı var. Məsələn, srağagün axşam saatlarında xidmətdə olan əsgərə bıçaqla hücum edilib. Artıq saxlanılan ilk şəxs də var. Təhlükəzlik qüvvələri onun  terrorçu, yaxud da hansısa Olimpiya arenasını partlatmağı vəd edən axmaq bir gənc olduğunu araşdırır…

 Təkcə Parisdə deyil, bütün ölkədə vəziyyət həqiqətən də qorxuludur. İndi bunun kimin günahı olduğunu araşdırmaq zamanı deyil, hava limanlarını, dəmiryol vağzallarını və Olimpiya arenalarını ciddi nəzarətə götürməyin vaxtıdır. Xaricdən böyük turist axınının olacağı gözlənilir. Yarışlara 9 milyondan çox bilet satılıb.

Bəs, Paris səması mümkün terror hücumlarının qarşısını almaq üçün bir neçə gün bağlı qalacaqsa, Olimpiada paytaxtına necə getmək olar? Mərkəzdəki metro stansiyalarının girişinə qıfıl vuracaqlarını, Senanın sağ və sol sahillərini birləşdirən körpüləri bağlayacaqlarını vəd edirlərsə, şəhərdə necə hərəkət etmək olar. Mərkəzi rayonların sakinlərinə QR kodları verilib.

Bəs, başqaları nə etməlidir? Kəşfiyyat xidmətləri paytaxtda 800 (!) minə yaxın yoxlama həyata keçirib, 4 minə yaxın insanı - mübariz islamçıları, radikalları, ifrat solçuları və  millətçi sağçıları Olimpiya Oyunları ilə hər hansı bir əlaqədən qəti şəkildə kənarlaşdırıb...

Lakin bu zərurət Olimpiadaya görə deyil, son bir neçə ildə siyasi problemlər bir tərəfə, ən çətin iqtisadi və sosial problemləri həll edə bilməyən Yelisey sarayının günahı ucbatından yaranıb.

Oyunların kibertəhlükəsizlik sistemi "Atos"da da son zamanlar nasazlıqlar baş verir və naməlum qalan bəzi təcavüzkarların vəd etdiyi daimi kiberhücumlara tab gətirə bilməyəcəyi təhlükəsi mövcuddur. Hələlik heç bir hücum olmasa belə, Olimpiya ailəsinin üzvlərinin akkreditasiyası ilə bağlı çətinliklərin yaranacağı barədə narahatlıq var.

Bu arada, tarixdə ilk dəfə olaraq Lozannada yerləşən Beynəlxalq İdman Məhkəməsi (CAS) oyunlar zamanı birbaşa Olimpiya paytaxtında işə başlayacaq. Bu, Olimpiada zamanı ortaya çıxan mübahisəli işlərə baxılmasını sürətləndirəcək.

Son məlumata görə, Parisdə iki müvəqqəti şöbə açan CAS-a artıq ilk müraciət daxil olub. Yamaykalı atlet Nayoka Klunis səhvən iştirakçıların yekun siyahısından kənarda qalıb. O, Beynəlxalq İdman Məhkəməsinin baxacağı apellyasiya şikayəti verib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video