21 İyul 2026 09:40
782
DÜNYA
A- A+
Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  


dünya iqtisadiyyatı ciddi sınaqla üzləşə bilər


İlin əvvəlindən Amerika ilə İran arasında başlanan müharibədə müəyyən razılaşma əldə edildi. Nəticədə dünya bir qədər rahat nəfəs aldı, neft və qazın qiymətləri müəyyən qədər sabitləşdi.

Lakin bu gün həmin razılaşmadan əsər-əlamət yoxdur. Səssizlik və dinclik yerini raket və dron hücumlarına verib. İran ABŞ-ni sosial infrastrukturu və mülki obyektləri vurmaqda ittiham edir, qarşı tərəf isə bunu əldə olunan danışıqların pozulmasına cavab kimi qiymətləndirir. 

Bunun fonunda dünyanın tanınan mütəxəssisləri qlobal iqtisadi böhranın yaxınlaşması barədə həyəcan təbili çalırlar. Amerika əvvəllər İranın neft infrastrukturuna zərbələr endirmirdi. İranın neft ixracına müəyyən qədər icazə verirdi ki, dünya bazarında enerji resurslarının qiymətində ciddi bahalaşma olmasın. Çünki neftin bahalaşması Amerikanın müttəfiqlərində narazılıq doğururdu. İndi vəziyyət fərqlidir. ABŞ İrana neft ixrac etmək imkanı vermək istəmir. Buna qarşılıq olaraq İran Hörmüz körfəzinin hətta Omman sahillərindən neft daşıyan gəmilərə hücum edir.

Görünən odur ki, bu müharibə uzun çəkəcək. Amerikanın tələbi ilə İraqla Suriya arasında Körfəz neftinin Aralıq dənizinə çıxarılması barədə müqavilə bağlanması bunu sübut edir. ABŞ və Körfəz ölkələri bu yolla İran təhdidlərindən yayınmaq istəyirlər. Digər tərəfdən, Səudiyyə Ərəbisrtanı ərazisindəki mövcud kəmərlə neftini Qırmızı dəniz vasitəsilə dünya bazarına çıxarır. Bu yerdə qeyd edək ki,  İraqla Suriya arasında kəmərin çəkilməsi üçün bir neçə il vaxt lazımdır. Səudiyyə Ərəbistanının Qırmızı dənizlə ixrac etdiyi neftin həcmi isə onun ixracının cüzi bir hissəsidir. Belə olan halda Hörmüz boğazının tam bağlanması qlobal böhranı dərinləşdirə bilər. Üstəlik, Hörmüz boğazı üzərindən təkcə neft daşınmır, bura həm də dünyanın digər yüklərinin daşındığı mühüm ticarət marşrutudur. O üzdən boğazdan yüklərin daşınması tam dayanarsa, dünyanın ticarət və təchizat zəncirində böyük qırılmalar baş verəcək ki, bu da  qlobal iqtisadiyyatda əlavə problemlərin yaşanmasına səbəb olacaq.

Hazırda hər iki ölkə tərəfindən sərt bəyanatlar verilir. Vaşinqton mövcud razılaşmaya qayıtmasa, Tehrana daha böyük zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. ABŞ-nin İsrail və digər ölkələrə çox sayda havada yanacaq dolduran təyyarələrin gətirilməsini hərbi ekspertlər Vaşinqtonun daha şiddətli hücumlara hazırlığı kimi dəyərləndirirlər. İran tərəfi isə hərbi təcavüzə daha dağıdıcı cavab verəcəyini bildirir. Bir sözlə, dünya qarşıdakı günlərdə nə baş verəcəyini narahatlıqla izləyir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!