15 Noyabr 2024 08:50
115
İQTİSADİYYAT
A- A+
"Yaşıl zona"nın "yaşıl pavilyon"unda Ağ şəhərin ağ günləri sərgilənir 

"Yaşıl zona"nın "yaşıl pavilyon"unda Ağ şəhərin ağ günləri sərgilənir 


Artıq beş gündür ki, Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın və müxtəlif ölkələrin pavilyonları fəaliyyət göstərir.

 Tədbirin ilk günündən "yaşıl zona"da  COP29-u özündə ehtiva edən layihələr, proqramlar müzakirə edilir. Biz Bakı Olimpiya Stadionunda olarkən bir neçə panel müzakirələrdə iştirak etdik, bir çox pavilyonla tanış olduq. İlk olaraq Bakı Ağ şəhər pavilyonuna yaxınlaşdıq. Diqqətimizi çəkən tablo Bakının dünən "Qara şəhər" adlanan ərazisinin bu gününü özündə əks etdirən gözəlliklər oldu. Pavilyonda Bakının keçmişi ilə bu günü arasındakı fərqi özündə əks etdirən panorama təqdim edilmişdi. Bizə məlumat verildi ki, Ağ şəhər layihəsinə start veriləndə ətraf mühitin qorunması, təbiətin yaşıl qalması üçün lazım olan detallar nəzərdə tutulub. 

Bu gün Ağ şəhər pavilyonundakı görüntülər dünənin işi deyil. Hətta COP29-un nə zamansa Bakıda keçiriləcəyi, Azərbaycanda bərpaolunan enerjidən istifadə olunacağı, Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" adlandırılacağı haqqında söhbət getməyəndə, yaxud da kimlərinsə bu barədə məlumatı olmayanda Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycanda yüz illərdən bəri "Qara şəhər" adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir". Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu sözlər indi reallığa çevrilib. Bakı Ağ şəhərin timsalında iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən biri kimi diqqət çəkir. Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakının qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək Ağ şəhərin fonunda təkrarolunmaz siması pavilyonda da sərgilənmişdi. Və bütün bu gözəlliklər "yaşıl zona"da hər kəsi özünə cəlb edirdi.

Qeyd edək ki, Qara şəhər XIX əsrin sonunda Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızıl"ın emalı, saxlanılması və nəqli ərazisi kimi 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdır. Bakı buxtasının mərkəzində yerləşən Qara şəhərin dirçəlməsi üçün görünməmiş perspektiv yaranmışdır. Paytaxtın mərkəzinin şərq hissəsində dinamik inkişaf edən şəhər infrastrukturu ilə əhatə olunmuş 1650 hektar ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici məkanlardan birinə çevrilməsi şansı yaranmışdır. Ağ şəhər layihəsini təqdim edənlər məlumat verdilər ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli sərəncamı ilə paytaxtı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən "8 Noyabr" prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir.

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülmüşdür. Nəticədə çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişini və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulmuşdur. Ağ şəhər ideyasının möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı sübut edir ki, Bakı öz ənənələri ilə müasirliyə inteqrasiyada geri qalmır, əksinə, dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə qalxır. Bu layihənin reallaşdırılması ilə Qara şəhərin sənaye siması artıq keçmişdə qalıb və yerini Bakı Ağ şəhər adlı harmoniya və rahatlıq məkanına verərək öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakının müasir ərazisinə çevrilib. 

Bu gün yerli və xarici investisiyalar yönlü Ağ şəhər müxtəlifhəcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir. Özəl sektor investisiya və tikinti məqsədilə kiçik villalardan başlayaraq irihəcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyekti seçir. Çünki burada tikinti zamanı hər cür ekoloji normalara əməl edilib. Bakı Ağ şəhər layihəsi ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir. Çirklənmiş torpağın bərpa olunması ilə ərazidə ekoloji çirkləndirmə amilləri aradan götürülüb. 

1650 hektar ərazini əhatə edən, ekoloji təmiz zonada həyata keçirilən Ağ şəhər dünyanın ən iri müasir layihələrindən biridir. Bütün bu sadalananlar COP29-un yerli və xarici qonaqlarının, habelə digər ziyarətçilərinin marağına səbəb olan tabloda əks edilib. "Yaşıl zona"nın "yaşıl pavilyon"unda sərgilənən Ağ şəhər özünün ağ günlərindən xəbər verir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!