14 Avqust 2024 09:08
1025
İQTİSADİYYAT
A- A+
"Yaşıl iqtisadiyyat" həyat keyfiyyətini yüksəltməyə xidmət edəcək

"Yaşıl iqtisadiyyat" həyat keyfiyyətini yüksəltməyə xidmət edəcək

 


Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə evsahibliyi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi "yaşıl iqtisadiyyat"a transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır. 
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti müddət ərzində sosial-iqtisadi inkişafa dair müəyyənləşdirilən beş milli prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmasıdır. Strategiyaya görə, respublikanın perspektiv iqtisadi tərəqqisi ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində iki məqsəd - yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının reallaşdırılması hədəflənir. Həm müvafiq sənədlərdə, həm də dövlət rəhbərliyinin tövsiyələrində bildirilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı, paralel şəkildə inkişaf etməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həllinə  və bu sahədə davamlı irəliləyişə diqqət ayrılmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risk və təhlükələr azaldılmalıdır. Həmin prioritetlərə nail olunması öz növbəsində Azərbaycanda "yaşıl iqtisadiyyat" məsələsini aktuallaşdırır. 
Bu baxımdan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş İqlim Konfransında (COP26) Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan qurtulmuş ərazilərdə 2050-ci ildə "netto sıfır emissiya" zonasının yaradılması niyyətini bəyan etməsi xüsusilə təqdirəlayiqdir. Dörd ilə yaxındır ki, əsl sahiblərinə qovuşmuş ərazilərin dirçəldilməsi istiqamətində "yaşıl enerji" zonası, "ağıllı kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhər"lər, "ağıllı kənd"lər yanaşmalarının tətbiqi, minlərlə hektar sahədə meşələrin bərpası "netto sıfır emissiya" hədəfinə çatmaqda böyük rol oynayacaq.
Qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir. Məhz iqtisadi ədəbiyyatda bu aspektlərə vahid yanaşmanı təmin edən konsepsiya "yaşıl iqtisadiyyat" adlanır. "Yaşıl iqtisadiyyat" anlayışı ilk növbədə, ekoloji iqtisadiyyat istiqaməti ilə birbaşa əlaqəlidir. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirir ki, hazırda "yaşıl iqtisadiyyat" termininin ümumi qəbul edilmiş tərifi olmasa da, bu ifadə altında ekoloji tarazlığı pozmadan hamı üçün daha yaxşı həyat keyfiyyətini təmin edən davamlı iqtisadiyyat başa düşülür: "BMT-nin Ətraf Mühit Proqramı "yaşıl iqtisadiyyat" anlayışını aşağıkarbonlu, resurslardan səmərəli istifadə edən və sosial baxımdan inklüziv olan iqtisadiyyat növü kimi tərif edir. "Yaşıl iqtisadiyyat"da məşğulluğun və gəlirin artımı üçün dövlət və özəl sektordan sərmayələr karbon emissiyasının və çirklənmənin azaldılmasına, enerji və resurs səmərəliliyinin artırılmasına, biomüxtəlifliyin və ekosistem xidmətlərinin itirilməsinin qarşısının alınmasına imkan verən sahələrə yönəldilir. Ən müxtəlif yanaşmaları ümumiləşdirərək deyə bilərik ki, "yaşıl iqtisadiyyat"a doğru üç istiqamətdə irəliləmək olar: tənzimləyici çərçivə, biznes model və ictimai şüur. "Yaşıl iqtisadiyyat" konsepsiyasının məntiqi davamı olan "yaşıl artım" ifadəsi isə Asiya və Sakit Okean hövzəsində yaranıb. 2005-ci ilin martında Seulda keçirilən Ətraf Mühit və İnkişaf üzrə Beşinci Nazirlər Konfransında (MCED) Asiya və Sakit Okean hövzəsindən 52 hökumət və digər maraqlı tərəflər davamlı inkişaf ritorikasından kənara çıxmağa və "yaşıl artım" konsepsiyasının qəbuluna razılaşdılar. UNESCAP-ın regional təşəbbüsünə çevrilmiş "yaşıl artım" konsepsiyası Minilliyin İnkişafı Məqsədləri çərçivəsində davamlı inkişafı hədəfləyən strategiya kimi qəbul olunmuşdur. Burada əsas qayə iqtisadi artım və ətraf mühitin qorunması arasında harmonik yanaşmanın təminindən ibarətdir". 
 İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, "yaşıl iqtisadiyyat"a transformasiya üçün fürsətlərin yaranması həm ölkənin imicinin yüksəldilməsi, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir: "Səmərəli texnologiyaların və davranışların tətbiqi bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu, nüfuzlu beynəlxalq hesabatlarda və reytinqlərdə də özünü göstərir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan  2024-cü il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edilib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, başlıca məqsəd "yaşıl dövlət" satınalmalarının əsas elementləri və ümumilikdə "yaşıl satınalma" konsepsiyasının təbliği, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Azərbaycanda mövcud satınalma proseslərinin "yaşıl dövlət" satınalmaları prinsiplərinə inteqrasiyasını gücləndirməkdir. Hazırda dünyanın 130-a yaxın ölkəsində "yaşıl dövlət" satınalmaları konsepsiyası və layihələrinin uğurla tətbiq olunduğu diqqətə çatdırılıb. Xidmətin rəis müavini Cəfər Babayev deyib: "Yaşıl dövlət" satınalmalarının mövcud qanunvericiliyə inteqrasiyası, bu istiqamətdə ictimai məlumatlandırma strategiyasının hazırlanması, müvafiq maarifləndirmə tədbirlərinin aparılması planlaşdırılır və həyata keçirilir. Ölkəmizdə "yaşıl dövlət" satınalmalarının reallaşdırılması üçün potensial imkanlar, cari vəziyyətin qiymətləndirilməsində mövcud alətlər müzakirə olunub, beynəlxalq təcrübədən nümunələr üzərində araşdırmalar aparılaraq praktiki tapşırıqlar yerinə yetirilib".

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!