21 May 2026 16:50
104
SİYASƏT
A- A+
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  


Türkiyədə işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Doğanbey bölgəsində keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.

Qeyd olunub ki, “EFES - 2026” təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 millimetr Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tankəleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.

Tədbirdə çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Güler belə təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.

Təlimi izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçılarını salamlayıb, “EFES – 2026” təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.

Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər.

Daha sonra yüksəksəviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və Mehteran Birliyinin çıxışlarını izləyiblər.

“Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçularımızın peşəkarlığı yüksək qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!