15 Noyabr 2024 23:46
258
SİYASƏT
A- A+
YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub  

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub  

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində noyabrın 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib. O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Avrasiyada təhlükəsizlik və işbirliyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Departament direktoru Azərbaycan ilə Çinin milli maraqlara əsaslanaraq beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərdiklərini xüsusi vurğulayıb.

Ölkəsinin yüksələn güc mərkəzi kimi qlobal müstəvidə strateji hədəflərindən söz açan Van Min Çinin digər tərəfdaş dövlətlərlə olduğu kimi, dost Azərbaycanla da əməkdaşlığa böyük əhəmiyyət verdiyini və milli maraqların təmini istiqamətində ortaq siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.

Azərbaycanın bəşəriyyət üçün taleyüklü məsələlərin həllində fəal roluna diqqət çəkən Van Min ölkəmizin COP29-a uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim edəcəyinə inamını bildirib.

Van Min YAP nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin, xüsusilə də iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəyinə, YAP-ÇKP əlaqələrində yeni səhifə açacağına əminliyini ifadə edib.

Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini, əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla tarixi ədalətsizliyi aradan qaldırdığını vurğulayan YAP Sədrinin müavini Avrasiyanın mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqazda yaranmış yeni reallıqlardan bəhs edərək postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin sülhə, sabitliyə, təhlükəsizliyə və inkişafa hədəfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bəşəriyyətin sağlam və xoşbəxt gələcəyinə hədəflənmiş təşəbbüslər irəli sürən və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanın bu günlərdə COP29-a müvəffəqiyyətlə ev sahibliyi etdiyini diqqətə çatdıran T.Budaqov Çinin bu istiqamətdə ölkəmizə dəstəyinin dostluq və tərəfdaşlıq örnəyi kimi təqdirəlayiq olduğunu söyləyib.

YAP-ın beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Tahir Budaqov partiyanın dost və tərəfdaş ölkələrin hakim partiyaları, o cümlədən ÇKP ilə səmərəli işbirliyinə malik olduğunu qeyd edib.

Görüş zamanı digər çıxış edənlər Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı vəziyyəti və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Noyabrın 15-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin, ÇKP Szyansu Vilayət Komitəsinin və BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının birgə təşkilatçılığı ilə “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib.

Eyni zamanda, nümayəndə heyətinin Nankin şəhərinin tarixi məkanlarına, Qədim Çin Dövlət İmtahanları Muzeyinə və Konfutsi Məbədinə ziyarəti təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

03:14
16 Noyabr

Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə 

03:14
16 Noyabr

“Ağıllı ev” kameraları istehsal ediləcək  

00:23
16 Noyabr

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub  

00:06
16 Noyabr

v

23:59
15 Noyabr

Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib  

23:58
15 Noyabr

BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

23:57
15 Noyabr

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb  

23:55
15 Noyabr

Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olunub  

23:54
15 Noyabr

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib  

23:53
15 Noyabr

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib  

23:51
15 Noyabr

Azərbaycandakı işgüzar mühit barədə “Schneider Electric” şirkətinin nümayəndələrinə məlumat verilib  

23:51
15 Noyabr

COP29-da qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadəyə dair müzakirələr aparılıb

23:50
15 Noyabr

Fatih Terim Azərbaycana gəlib

23:49
15 Noyabr

Azərbaycanda ECO-UNIDO Təmiz Enerji Mərkəzi yaradılıb  

23:47
15 Noyabr

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub  

23:46
15 Noyabr

COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb  

23:43
15 Noyabr

ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib  

23:42
15 Noyabr

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil edilib  

23:41
15 Noyabr

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub  

23:39
15 Noyabr

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü təşkil edilib

23:37
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!