15 Noyabr 2024 23:50
245
COP29
A- A+
COP29-da qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadəyə dair müzakirələr aparılıb

COP29-da qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadəyə dair müzakirələr aparılıb

COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə” yan tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də “Azərpoçt” MMC-nin iştirakı ilə baş tutub.

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Siyasət, tənzimləmə və bazarlar üzrə direktoru Siva Somasundram bildirib ki, son illər qlobal istixana qaz emissiyalarının 10 faizi poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır. Qeyd olunub ki, bunun üçün ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir iştirakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev qeyd edib ki, qurum bu günə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirib, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq edib.

“İqlim dəyişikliyinin təsirləri daha da kritikləşdikcə, poçt xidmətlərinin uyğunlaşması və dayanıqlığının artırılması vacibdir. İnfrastruktura sərmayə qoymaqla biz dəyişən dünyada poçt xidmətlərinin davamlı şəkildə çatdırılmasını təmin edə bilərik. Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” ətraf mühitə təsirini minimuma endirmək üçün davamlılıq və iqlim nəzarəti təşəbbüslərini fəal şəkildə həyata keçirir. Bir sıra ekoloji cəhətdən təmiz strategiyalar həyata keçirməklə şirkət öz əməliyyatları üçün daha davamlı gələcək yaratmağa çalışır. Şirkət yanacaq sərfiyyatını və karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin “Azərpoçt” ənənəvi benzinlə işləyən avtomobillərdən asılılığı əhəmiyyətli dərəcədə azaltmaqla elektrik və ya hibrid avtomobillərdən istifadə etməyi planlaşdırır”, - deyə İsi Mustafayev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

03:14
16 Noyabr

Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə 

03:14
16 Noyabr

“Ağıllı ev” kameraları istehsal ediləcək  

00:23
16 Noyabr

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub  

00:06
16 Noyabr

v

23:59
15 Noyabr

Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib  

23:58
15 Noyabr

BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

23:57
15 Noyabr

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb  

23:55
15 Noyabr

Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olunub  

23:54
15 Noyabr

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib  

23:53
15 Noyabr

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib  

23:51
15 Noyabr

Azərbaycandakı işgüzar mühit barədə “Schneider Electric” şirkətinin nümayəndələrinə məlumat verilib  

23:51
15 Noyabr

COP29-da qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadəyə dair müzakirələr aparılıb

23:50
15 Noyabr

Fatih Terim Azərbaycana gəlib

23:49
15 Noyabr

Azərbaycanda ECO-UNIDO Təmiz Enerji Mərkəzi yaradılıb  

23:47
15 Noyabr

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub  

23:46
15 Noyabr

COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb  

23:43
15 Noyabr

ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib  

23:42
15 Noyabr

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil edilib  

23:41
15 Noyabr

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub  

23:39
15 Noyabr

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü təşkil edilib

23:37
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!