15 Noyabr 2024 23:43
248
SİYASƏT
A- A+
COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb  

COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb  

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə keçirilən "COP29 Düşüncədən əmələ: Bakı habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı dəyirmi masada bildirilib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu işçi qrup Bakı İqlim və Sülh Fəaliyyəti Habının analitik qolu kimi fəaliyyət göstərəcək. Almaniyanın “Adelphi”, Birləşmiş Ərəb Əmirliklərinin “Anwar Gargash” Diplomatik Akademiyası (AGDA), Misirin "Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu (CCCPA), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institue-ODI) və “WEC Italy” (World Energy Council) beyin mərkəzlərinin bir araya gəldiyi tədbirdə beyin mərkəzləri iqlim və sülh arasında qarşılıqlı əlaqə ilə bağlı Bakı çağırışına qoşulduqlarını bəyan ediblər.

Beyin mərkəzlərinin işçi qrupu Bakı Habı Katibliyinin koordinasiyası ilə fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov, BMTM-in İdarə Heyətinin sədri F.Şəfiyev, CCCPA-nın Baş direktoru Ahmed Abdel Latif, “Adephi”dən iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, AGDA-dan Mustafa Bayoumi, “WEC Italy”dən Komitə üzvü Paolo Storti, ODI-dən Rebecca Nadin çıxış edərək işçi qrupunun yaradılmasının vacib təşəbbüs olduğunu vurğulayıb və mövcud bazanın əsasında keyfiyyətə nəzarət və düzgün tənzimləmənin aparılacağını bildiriblər.

Qeyd edək ki, sözügedən qrup tematik hesabatların, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin işçi qrup tələb olunduğu təqdirdə tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

03:14
16 Noyabr

Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə 

03:14
16 Noyabr

“Ağıllı ev” kameraları istehsal ediləcək  

00:23
16 Noyabr

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub  

00:06
16 Noyabr

v

23:59
15 Noyabr

Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib  

23:58
15 Noyabr

BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

23:57
15 Noyabr

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb  

23:55
15 Noyabr

Azərbaycanla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlıq müzakirə olunub  

23:54
15 Noyabr

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib  

23:53
15 Noyabr

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib  

23:51
15 Noyabr

Azərbaycandakı işgüzar mühit barədə “Schneider Electric” şirkətinin nümayəndələrinə məlumat verilib  

23:51
15 Noyabr

COP29-da qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadəyə dair müzakirələr aparılıb

23:50
15 Noyabr

Fatih Terim Azərbaycana gəlib

23:49
15 Noyabr

Azərbaycanda ECO-UNIDO Təmiz Enerji Mərkəzi yaradılıb  

23:47
15 Noyabr

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub  

23:46
15 Noyabr

COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb  

23:43
15 Noyabr

ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib  

23:42
15 Noyabr

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil edilib  

23:41
15 Noyabr

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub  

23:39
15 Noyabr

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü təşkil edilib

23:37
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!