31 May 2023 09:30
378
SİYASƏT
A- A+
YAP Mərkəzi Aparatının rəhbəri ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

YAP Mərkəzi Aparatının rəhbəri ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində mayın 29-da Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciençao ilə görüş keçirilib. 
Nümayəndə heyətini salamlayan Liu Ciençao Çin ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın ÇXR-in dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu bildirən Liu Ciençao iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində digər tərəfdaş ölkələrlə olduğu kimi, Azərbaycanla da əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına, Avrasiyada genişmiqyaslı işbirliyi, inteqrasiya və sabitliyə xidmət etdiyini deyib. 
ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx təmasların olduğunu bildirərək qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. O, ÇKP-nin Yeni Azərbaycan Partiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyərək YAP nümayəndə heyətinin səfərinin hakim partiyalar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.  
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlərin dinamik inkişaf etdiyini, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, nəqliyyat-logistika və digər sahələri əhatə edən əməkdaşlığın çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını bildirib. Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladan Tahir Budaqov ölkələrimizin bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını qeyd edib: "Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Çin bir çox sahələrdə uğurla əməkdaşlıq edir". 
Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən YAP Sədrinin müavini postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib. Azərbaycanın Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran Tahir Budaqov Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən bəhs edib. O bildirib ki, dəhliz Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu geostrateji koridor vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək. 
YAP Sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR-in Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Pandemiyadan sonra Çinə rəsmi səfərə dəvət edilən ilk nümayəndə heyətinin məhz Yeni Azərbaycan Partiyasından olmasının dostluq və tərəfdaşlıq nümunəsi kimi böyük məmnunluq doğurduğunu xüsusi qeyd edən Tahir Budaqov söyləyib ki, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: "Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədovun, partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadənin də iştirak etdikləri görüşdə  qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!