Yanındayıq, qardaş!
İlham Əliyev Türkiyəyə dərhal yardım göstərilməsi üçün tapşırıq verdi
"Mərkəzi Kahramanmaraş olmaqla qardaş Türkiyənin bir çox yerlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi..."
Prezident İlham Əliyevin ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda ifadə etdiyi kimi, Azərbaycan Türkiyənin sevincini sevinci, kədərini öz kədəri sanır və hər zaman ona dayaq, dəstək, kömək olmağa hazırdır.
Zəlzələ bu bölgələrdə daha çox hiss olunub
Xəbər verildiyi kimi, fevralın 6-da saat 04:17-də Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verib.
Mütəxəssislər bildirirlər ki, zəlzələnin olduğu bölgə 1-ci dərəcəli riskli ərazidə, Şərqi Anadolu Fay Xəttində yerləşir. Bundan əlavə, Kahramanmaraş "Maraş Üçlü Bitişik" adlı nöqtədə yerləşir. Burada Anadolu plitəsi, Afrika plitəsi və Ərəb plitəsi kəsişir. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) sədrliyi üzərinə götürüb.
Ötən gün günorta saatlarında keçirdiyi brifinqdə bu zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasedici cəlb edilib. Zəlzələ nəticəsində ümumilikdə 5606 bina dağılıb.
Son rəqəmlərə əsasən, zəlzələ nəticəsində 1762 nəfər həlak olub, 12068 nəfər yaralanıb, 2470 nəfər dağıntıların altından xilas edilib.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən zəlzələdən sonra elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib.
Türkiyənin milli təhsil naziri Mahmud Özer Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada 2 həftə, Diyarbəkir, Qaziantep, Şanlıurfa, Adana, Osmaniyə və Kilisdə isə 1 həftə müddətinə təhsilin dayandırıldığını açıqlayıb.
Ölkə daxilində bütün milli idman yarışları da növbəti xəbərdarlığa qədər dayandırılıb.
Günorta saatlarında yenidən şiddətli yeraltı təkan olub
Ötən gün saat 13:24 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub və ölkənin bir çox bölgəsində hiss edilib. AFAD Kahramanmaraşın Elbistan şəhərində 13:24-də baş verən zəlzələnin 7.6, Kandilli Rəsədxanası isə 7.5 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ nəticəsində Adanada, Diyarbəkirdə və Malatyada binalar dağılıb.
Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərargahlar yaradılıb. XİN-dən bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Daxili İşlər Nazirliyi, AFAD, Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır.
Dar gündə də, xoş gündə də bir yerdəyik
Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.
Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri ötən gün qardaş ölkəyə yola düşüb. FHN-dən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıran təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə uçub.
Bu xəbər Azərbaycanı çox sarsıdıb və kədərləndirib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirib. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva "Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!", - deyə paylaşımında qardaş Türkiyəyə dəstəyini ifadə edib.
Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya, Milli Məclisin Sədri Sahibə Qafarova baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıblar.
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.
Türkiyəyə yardım üçün Azərbaycanın təklifə ehtiyacı yoxdur
Qeyd edək ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələdən sonra beynəlxalq yardım çağırışı etmişdi.
Türkiyə mediasında yer alan xəbərlərdə isə bildirilir ki, 7.7 bal gücündə zəlzələdən sonra ilk beynəlxalq yardım Azərbaycandan gəlib.
Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı tviter hesabında paylaşım edərək Azərbaycana təşəkkür edib: "Ölkəmizdə yaşanan zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik".
Məlum olduğu kimi, 2021-ci ilin yay aylarında Türkiyədə geniş meşə yanğınları baş vermiş və xeyli fəsadlara səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda dövlətimiz maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi.
Həmçinin ölkəmiz ötən ilin yay aylarında Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları zamanı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkəyə yardım etmişdi.
Azərbaycanın qardaş Türkiyəyə dayaq durması təkcə bu günümüzdə yox, dünənimizdə də yaşanıb.
1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş xalqa ilk yardım əlini uzadan da məhz Azərbaycan dövləti olub.
Abdullah Gül Türkiyədə Prezident olduğu dövrdə baş verən meşə yanğınları zamanı yaşanan bir məqam isə indi də dillərdən düşmür və xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğunu bir daha gözlər önünə gətirir.
Həmin dövrdə meşə yanğınlarının söndürülməsi üçün bir çox ölkələrin yardım təklifini geri çevirən Abdullah Gülə "bəs nə üçün Azərbaycanın dəstəyinə yox deməmisiniz", - deyə sual ünvanlanmışdı. Cavab isə çox maraqlı və bizim üçün də bir o qədər qürurverici olmuşdu. Prezident söyləmişdi ki, axı heç Azərbaycan bizdən icazə istəməyib və artıq onların yanğını söndürmək üçün göndərdikləri təyyarələr Türkiyə səmalarındadır və yerə enmək üçün bizdən izin istəyirlər...
Bəli, bütün bu qürurverici nümunələr bir qardaşın digər qardaşının harayına yetməsinin minlərlə nümunəsindən, sadəcə, bəziləridir...
Əzəli və əbədi birliyimizin gücü ilə bütün çətinlikləri aşacağıq
Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik.
Necə ki bu barədə Prezident İlham Əliyev deyib: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
02 Aprel
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb ...
02 Aprel
Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir ...
02 Aprel
Laçın-Xankəndi yolu: Ekoaksiya 112 gündür davam edir
02 Aprel
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib
02 Aprel
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışma...
02 Aprel
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
02 Aprel
Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi
02 Aprel
Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!