26 May 2023 22:41
335
SİYASƏT
A- A+

Xorvatiyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

 

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqrebdə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, parlament üzvləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlətin 1918-ci il mayın 28-də məhz Azərbaycanda yaradıldığını, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazandığını diqqətə çatdırıb. Səfir 1920-ci ilin aprelində Azərbaycan xalqının əlindən alınan dövlət müstəqilliyinin, 1991-ci il oktyabrın 18-də yenidən bərpa edildiyini vurğulayıb.

Ölkəmizin inkişafından söz açan səfir, 1993-cü ildə dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığını, apardığı uğurlu siyasət sayəsində demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar əldə edildiyini, dahi rəhbərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı misilsiz xidmətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz əzəli torpaqlarını erməni işğalından qurtardı, bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi.

Səfir çıxışında Azərbaycan-Xorvatiya münasibətlərinə də toxunub, ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Xorvatiya Xarici və Avropa İşləri Nazirliyinin müavini Frano Matuşiç, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını Azərbaycan xalqı üçün tarixi hadisə adlandıraraq, onun Şərqdə demokratik, dünyəvi dəyərlərə əsaslanan ilk müstəqil respublika olduğunu diqqətə çatdırıb. F.Matuşiç 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bir sıra çətinliklərlə üzləşdiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında, regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımladığını vurğulayıb.

O, çıxışında xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini, bunun regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verdiyini bildirərək, Azərbaycan xalqına və dövlətinə firavanlıq və tərəqqi dilədiyini, dost xalqlarımızın iradəsinə əsaslanan münasibətlərimizin qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Xorvatiya Parlamentinin sədr müavini Davorko Vidoviç Xorvatiya ilə Azərbaycan arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, son illər ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. D.Vidoviç hər iki ölkənin müstəqillik əldə etdikdən sonra oxşar tale yaşadıqlarını, təcavüzə və işğala məruz qaldığını, aparılan uzunmüddətli mücadilədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiklərini bildirib.

O, bu gün Azərbaycanın nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrildiyini qeyd edib.

D.Vidoviç, həmçinin cari il mayın 14-18-də Azərbaycana rəsmi səfər etdiyini, ölkəmizdə bir sıra əhəmiyyətli görüşlər keçirdiyini, işğaldan azad olunmuş Ağdam rayonuna səfər edərək, erməni vandalizminin şahidi olduğunu diqqətə çatdırıb. Parlamentin sədr müavini çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın qazandığı uğurlara sevindiklərini, xalqımıza həmişə sülh və əmin-amanlıq arzuladıqlarını vurğulayıb.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, milli mətbəx nümunələrindən ibarət ziyafət təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video