27 Fevral 2026 08:20
505
CƏMİYYƏT
A- A+
"Xocalı: Zamanın dayandığı an!"

"Xocalı: Zamanın dayandığı an!"


Dünyanı sarsıdan Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə  N.Nərimanovun xatirə muzeyinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə  muzeydə "Xocalı: Zamanın dayandığı an!" adlı   tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru, tarix elmləri doktoru Həvva Məmmədova, həmin akademiyanın "Qarabağ İrsini Araşdırma Mərkəzi" nin rəhbəri, profesor, siyasi elmlər doktoru Elçin Əhmədov, "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev, Xocalı sakini, Vətən müharibəsi qazisi İmran Rəcəbov, DİA-nın tələbələri, 2013-cü il Respublika Muğam Musabiqəsinin qalibi Təbriz Yusubov, müşayiətçi Ceyhun Qurbanov, KİV nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.

Tədbiri  muzeyin direktoru Ləman Hüseynova açaraq  qonaqları salamlayıb. Xocalı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tarix elmləri doktoru Həvva Məmmədova çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına və bəşəriyyətə qarşı yönəlmiş vəhşilik aktı olduğunu, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınmasının və ona hüquqi-siyasi qiymət verilməsinin vacibliyini bildirib. Həvva xanım Xocalı həqiqətlərini unutmamağı və tarixi yaddaşı qorumağı gənc nəslə  tövsiyə edib. 

Professor, siyasi elmlər doktoru Elçin Əhmədov  çıxış edərək deyib ki, bir şuşalı olaraq Xocalının ağrısını ürəyimdə ikiqat hiss edirəm: "Bu torpaqların harayını eşitmişəm, yarasını, susdurulmuş talelərini görmüşəm. Xocalıda qətlə yetirilən körpələr, analar, günahsız insanlar təkcə bir şəhərin deyil, bütün Vətənin qanayan yarasıdır. Biz bu ağrını yaddaşımızda daşıyırıq, çünki unutmaq xəyanət, xatırlamaq isə borcdur. Xocalı bizim vicdanımızdır və bu vicdan heç vaxt susmayacaq".  

"Xocalıda məhv edilən təkcə insanlar deyil, uşaqların arzuları, anaların ümidləri, ailələrin sabahıdır" - deyə "Vətən səsi" qəzetinin redaktoru Elşən Əliyev  bildirib.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  kamança müəllimi Təbriz Yusubov Ceyhun Qurbanovun müşayiəti ilə "Xocalı ağrısı" kompozisiyasını ifa ediblər. DİA tələbələrinin Xocalı soyqırımına həsr etdikləri təqdimatlarla davam edən tədbirin sonunda muzeyin direktoru Ləman Hüseynova iştirakçılara  təşəkkürünü  bildirib.

Tədbirdə Xocalı hadisələrinə həsr olunmuş sənəd, qəzet, jurnal və fotolardan ibarət sərgi də nümayiş etdirilib.


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!