27 Fevral 2026 09:05
474
CƏMİYYƏT
A- A+
Xocalı soyqrımının qurbanları anılıb

Xocalı soyqrımının qurbanları anılıb


Qazaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı müdrik Azərbaycan xalqının qan yaddaşıdır" mövzusunda tədbir keçirilmişdir. İştirakçılar öncə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərdən danışmış,  bu soyqırımın təkcə xocalılıların deyil, bütövlükdə Azərbaycan xalqının faciəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Xocalı soyqırımına ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış etmişdir: "XX əsr Azərbaycanın milli dövlətçilik tarixində qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalarla müşayiət olunmuşdur. Onlardan biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir". Hər il bu faciənin ildönümünün ölkəmizdə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd olunduğunu deyən R.Babaşov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərindən danışmışdır: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində müxtəlif ölkələrdə mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın fəaliyyətini ümumilikdə 100 minlərlə şəxs və 115 təşkilat dəstəkləmişdir". 

Tədbirdə vurğulanmışdır ki, Xocalıda törədilən vəhşiliklərin cavabı 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində verildi. Vətən müharibəsində yenilməz ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdi,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisası alındı və 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində dövlət bayrağımız ucaldıldı.

***

Daşkəsən Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlamıışdır. 

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımını XX əsrin ən dəhşətli faciələrindən biri adlandırmış, qadınların, uşaqların və qocaların amansızlıqla qətlə yetirilməsindən bəhs etmiş, bu hadisənin insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu diqqətə çatdırmış, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən danışmışlar. Bununla bağlı  müxtəlif ölkələrdə anım mərasimlərinin, konfrans və sərgilərin təşkil edilməsində Birinci vitze-prezident Mehriban Əliyevanın gördüyü işləri müsbət dəyərləndirmişlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasında, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd etmişlər.

Tədbirdə həmçinin bildirilmişdir ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olunmuş və Xocalı şəhəri üzərində Azərbaycanın dövlət suverenliyi tam təmin edilmişdir. Hazırda işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur yenidən qurulur, məktəblər, xəstəxanalar və digər ictimai obyektlər tikilir, yollar, körpülər və enerji şəbəkələri inşa edilir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!