15 İyul 2025 08:40
552
CƏMİYYƏT
A- A+
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri sakinlərini qarşılayıb

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri sakinlərini qarşılayıb


Tarixi qələbəmizdən qısa müddət sonra Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə başlanıldı. Qüdrətli dövlətimiz uzun illərdir torpaqlarına qovuşmaq istəyən insanların həsrətinə son vermək üçün bütün gücünü səfərbər edib, düşmənin viran qoyduğu yurd yerlərini cənnətməkana çevirməklə əzəli sahiblərinə mərhələli şəkildə qovuşdurmağa start verib.

Qayıdış karvanlarına qucaq açan tarixi məskənlərimizdən biri də Xocalıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum edərək törətdiyi kütləvi qətliam nəticəsində Xocalıda 600-dən çox dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı vəhşicəsinə qətlə yetirilmişdi. Yaşamaq üçün yeganə çıxış yolu qaçmaq olan Xocalı sakinləri öz doğma yurdlarını tərk edərək məcburi köçkünə çevrilmişdilər. 

Ötən il mayın 28-də hər bir azərbaycanlı üçün unudulmaz an yaşandı, Xocalı ilk sakinlərinə qovuşdu. Xocalılıların yurdlarına qayıdış gününün məhz Müstəqillik Günündə olması isə heç də təsadüfi deyildi. Uğurlu siyasəti ilə bu günləri bizə yaşadan Ali Baş Komandanımızın o gün doğma torpaqlarına qovuşan sakinlərlə birgə Xocalı şəhərini gəzməsi, sevinclərini bölüşməsi, evlərinin ilk qonağı olması hər birimizi fərəhləndirdi.

Xocalıya qayıdış yalnız fiziki geri dönüş deyil, həm də milli yaddaşın, qürurun və ədalətin bərpası, Vətən sevgisinin təcəssümüdür. Xocalıya dönən sakinlər təkcə evlərinə deyil, həm də öz köklərinə, mədəniyyətlərinə və keçmişlərinə qayıdırlar. Bir ildən artıqdır ki, Xocalı şəhəri, habelə Xocalı rayonunun Ballıca kəndi öz sakinlərinə qovuşublar. Dünən rayonun daha iki kəndi - Təzəbinə və Xanyurdu kəndləri də sakinlərinə qucaq açdı. İlk mərhələdə 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə qayıtdı. Bununla da Xocalı rayonunun 4 yaşayış məntəqəsində sakinlərin sayı 1433 nəfərə çatdı. 2025-ci ilin köç planına əsasən, Xocalı rayonunun daha 5 kəndinə - Daşbulaq, Badara, Seyidbəyli, Şuşakənd və Xanabad kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçiriləcək.

Xocalıya dönən keçmiş məcburi köçkün Elbrus Abbasovun sözlərinə görə, ocağını tərk edərkən o, 5 yaşında olub: "İllər keçdi, həyat dəyişdi, amma o torpağın həsrəti içimdə qaldı. İndi isə 39 yaşımda övladlarımla birlikdə doğma kəndimizə qayıdıram. Bu hissi sözlə ifadə etmək çətindir. Uşaqlarım bu torpaqda böyüyəcək. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir. Allah şəhidlərimizə rəhmət eləsin. Onlarım sayəsində bu günü yaşayırıq".

Xanyurdu sakini Gündüz Qəhrəmanov deyib ki, doğma yurda qayıtmaq ona ayrı bir güc və ruh yüksəkliyi verir: "Axır ki, illərin həsrəti bitdi.  Bu torpağa dönmək həm mənəvi rahatlıq, həm də böyük sevinc hissidir. Uzun illər bu günü gözləmişdik və nəhayət, bu gün gəlib çatdı. Qayıdışda payı olan hər kəsə minnətdarıq".

Bu gün Xocalıda insanların rahat və təhlükəsiz həyat sürmələri üçün bütün imkanlar nəzərə alınıb. Burada zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılıb, ticarət, ictimai iaşə fəaliyyətləri üçün nə lazımdırsa edilib. Xocalıda sürətli quruculuq və bərpa işləri aparılıb, sosial infrastruktur qurulub. Yaşayış məntəqələrində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, abadlıq işləri görülüb. Xocalının yenidən qurulması və əhalinin ora köçürülməsi bölgənin sosial-iqtisadi inkişafına da təkan verəcək. Yeni iş yerlərinin açılması, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı ilə Xocalı iqtisadi mərkəzə çevriləcək. 

Artıq 15547 keçmiş məcburi köçkün (3900 ailə) dədə-baba torpağında yaşayır. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 180 ailə (840 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 130 ailə (452 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 187 ailə (779 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində, 234 ailə (1000 nəfər) Ağdam rayonunun Kəngərli kəndində, 89 ailə (363 nəfər) Laçın rayonunun Bəylik kəndində, 28 ailə (125 nəfər) Xocalı rayonunun Təzəbinə kəndində, 33 ailə (122 nəfər) Xocalı rayonunun Xanyurdu kəndində məskunlaşıb.

Bu statistika hər həftə, hər ay yenilənir, qayıdış karvanlarının ünvanları da dəyişir.  Xocalıya geri dönən hər bir sakin də özü ilə bərabər həm də xalqın tarixini, mədəniyyətini və dirəniş ruhunu da nümayiş etdirir. Xocalı yenidən dirçəlir və gələcək nəsillər üçün yaşanacaq, qurulacaq və qorunacaq bir vətənə çevrilir. Uzun illər düşmən əsarətində qalan, viran qoyulan torpaqlarımız yenidən qurulduqca yurd həsrəti çəkən bütün keçmiş məcburi köçkünlərimiz torpaqlarına qovuşacaq, dirçələn şəhər və kəndlərimizdə düşmənin qoyduğu bütün izlər silinəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!