13 Yanvar 2026 08:05
324
İQTİSADİYYAT
A- A+
"Xızı-Abşeron" KES Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiq edir

"Xızı-Abşeron" KES Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiq edir


Azərbaycan enerji potensialını çoxşaxəli və uzunmüddətli strategiya əsasında gücləndirir. Bu strategiya ölkənin regional və qlobal enerji təhlükəsizliyində rolunun möhkəmləndirilməsinə yönəlib. Xəzər hövzəsi ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan regional əməkdaşlığı gücləndirir, yeni marşrutlar və formatlar təklif edir. Bu da ölkənin enerji potensialını regional təsir gücünə çevirir. Qaz ixracının coğrafiyasının genişlənməsi və həcmlərin artırılması ölkənin enerji potensialını yalnız iqtisadi deyil, həm də strateji nöqteyi-nəzərdən artırır.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, son illər Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyub: "Günəş, külək və hidroenerji sahəsində böyük potensial mövcuddur. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri "yaşıl enerji zonası" elan edilib. Xarici investorlarla imzalanmış müqavilələr əsasında ölkəmizdə iri külək və günəş-elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bu, həm daxili enerji balansını gücləndirir, həm də ixrac üçün daha çox qaz resursunun azad olunmasına imkan yaradır".

Deputat qeyd edib ki, yanvarın 8-də istismara verilən "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası da Azərbaycanın elektrik enerjisi istehsalında mənbələrin şaxələndirilməsinə xidmət edir. Külək enerjisinin sistemə daxil olması ölkənin enerji balansını daha dayanıqlı edir, iqlim və yanacaq risklərindən asılılığı azaldır. "Cənab Prezident də qeyd etdi ki, 240 meqavat gücündə olan stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Azərbaycanın təkcə külək enerjisi potensialı 

150 qiqavatdan çoxdur. Enerji təminatının sabitliyi baxımından vacib hesab olunan "Xızı-Abşeron" kimi nəhəng layihələr Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiqləyir. Bu həm də Azərbaycanın xarici investorlar üçün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Dövlət başçısının da dediyi kimi, ölkəmizdə əlverişli investisiya mühiti var və Azərbaycan 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilib. Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrlə bağlıdır. Həmin  layihələrə bu günə qədər yüz milyonlarla dollar vəsait qoyulub", - deyə N.Məmmədova əlavə edib.

Deputat vurğulayıb ki, külək-elektrik stansiyası istismar dövründə istixana qazı emissiyalarını azaldır, ətraf mühitə yükü minimuma endirir və uzunmüddətli perspektivdə enerji istehsalının maya dəyərini aşağı salır: "Bu isə davamlı iqtisadi inkişaf üçün mühüm şərtdir. Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!