09 İyul 2025 13:56
696
SİYASƏT
A- A+
XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  


İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarını şərh edərkən deyib.

O, İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, Zirvə görüşünün nəticələrinin əks edildiyi Xankəndi Kommünikesi ECO üzvü olan dövlətlərlə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac yaranmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc olunub.

Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.

“Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla, ECO-nun bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran da daxil olmaqla, həmin dövlətlərin hamısı iyunun 21-22-də İstanbulda keçirilmiş ECO Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilən “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb”, - deyə A.Hacızadə bildirib.

XİN sözçüsü qeyd edib ki, Xankəndi Kommünikesi isə ECO-nun məhz bu konsensusla qəbul olunmuş Bəyannaməsinə istinadı ehtiva edir.

“Bununla əlaqədar, İran səfirinin Ermənistanın “Armenpress” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!