14 Fevral 2026 08:45
239
SİYASƏT
A- A+
Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək


Azərbaycanın müasir dövlətçilik tarixində milli maraqlara xəyanət və hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirmək cəhdləri hər zaman xalqın və dövlətin qətiyyətli müqaviməti ilə üzləşib. Lakin son günlər ictimaiyyətə açıqlanan faktlar, xüsusilə Ramiz Mehdiyev və digər şəxslər ətrafında cərəyan edən hüquqi proseslər xəyanətin miqyasının təsəvvür ediləndən daha dərin olduğunu göstərir. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, vətənə xəyanət və cinayət yolu ilə əldə edilmiş külli miqdarda vəsaitin leqallaşdırılması kimi ağır ittihamlarla üzləşən R.Mehdiyevin dövlət çevrilişinə cəhd planlarını ehtiva edən məktubunun üzə çıxması, illərdir davam edən bir "siyasi teatrın" pərdəarxasını ifşa etdi. Bu məktub sadəcə bir şəxsin ambisiyalarını deyil, eyni zamanda özünü "demokratiya carçısı" kimi təqdim edən dağıdıcı müxalifət düşərgəsinin, xüsusilə AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi radikal dəstənin gizli əlaqələrini gün işığına çıxardı. "İllərdir fərqli cəbhələrdə görünsələr də, eyni məkrli mərkəzlərdən təlimat alan Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasov kimi fiqurların antimilli fəaliyyəti, onların ölkəmizin əleyhdarları ilə vahid bir müstəvidə birləşdiyini təsdiqləyir. Aparılan kompleks istintaq tədbirləri və üzə çıxan təkzibolunmaz faktlar göstərir ki, bu çirkin ittifaqın kökləri hələ 2012-ci ildə xarici paytaxtlarda Azərbaycanın suverenliyinə qarşı cızılan məkrli planlara qədər uzanır. Həmin dövrdə xarici xüsusi xidmət orqanlarının birbaşa himayəsi və təlimatı ilə yaradılan, ictimaiyyətə isə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" və ya "Milyarderlər İttifaqı" kimi təqdim olunan qurum, əslində, dövlət çevrilişi ssenarisinin maliyyə və siyasi mərkəzi rolunu oynayırdı. Abbas Abbasov və Rüstəm İbrahimbəyov kimi şəxslərin rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilat xarici güclərin Azərbaycandakı siyasi proseslərə kobud müdaxiləsi üçün bir alətə çevrilmişdi. Lakin ən dəhşətli məqam ondan ibarətdir ki, bu xarici layihə daxildəki "beşinci kolon"la, yəni uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev və AXCP sədri Əli Kərimli kimi simalarla vahid bir cinayətkar şəbəkədə birləşib", - deyə o əlavə edib.

Deputat diqqətə çatdırıb ki, istintaq materialları və elan olunmuş ittihamlar sübut edir ki, Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və onların ətrafındakı digər xəyanətkar ünsürlər dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və mövcud konstitusiya quruluşunun devrilməsi barədə gizli sövdələşməyə giriblər. İstintaq materialları və texniki sübutlar göstərir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində "Milyarderlər İttifaqı" xarici ölkələrdəki imkanlarından istifadə edərək, minlərlə Azərbaycan vətəndaşını kütləvi iğtişaşlara sövq etmək üçün xüsusi təlimatlandırılmış qüvvə kimi hazırlayıb. Bu çirkin planın siyasi qanadı olan "Milli Şura"nın həmin dövrdə xarici dövlət rəhbərliyinə ünvanladığı gizli məktub, milli maraqların necə açıq şəkildə satıldığının rəsmi sənədidir. Azərbaycan dövlətinə xarici təzyiq göstərilməsini xahiş edən bu qüvvələr, hakimiyyət ambisiyaları naminə ölkənin müstəqil siyasətini qurban verməyə hazır olduqlarını nümayiş etdiriblər. Xüsusilə Əli Kərimli tərəfindən Qənimət Zayıdov vasitəsilə aparılan gizli danışıqlar xəyanətin miqyasını daha da böyüdür. Xarici xüsusi xidmət orqanları ilə əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gətiriləcəyi təqdirdə, Azərbaycanın strateji maraqlarını və təhlükəsizlik memarlığını tamamilə xarici güclərin nəzarətinə verməyi, ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasını vəd edib. Bu faktlar sübut edir ki, radikal müxalifət və onlarla əlbir olan qaranlıq güclər üçün Azərbaycanın dövlət müstəqilliyi sadəcə xarici ağalarına təqdim ediləcək bir alver predmetidir. 

K.Bayramov vurğulayıb ki, istintaq materialları Əli Kərimli və əlaltılarının xəyanət planlarının ən iyrənc tərəfini, xalqın vətənpərvərlik hisslərindən dövlətə qarşı istifadə cəhdini də ifşa edib: "2020-ci ilin iyul ayında ordumuza dəstək yürüşü zamanı Fuad Qəhrəmanlı və digərlərinə verilən xüsusi tapşırıq, təmiz hisslərlə küçələrə çıxan kütləni təxribata çəkmək və xaotik vəziyyət yaratmaqdan ibarət olub. Planın əsas hədəfi vətənpərvərlik şüarlarını dövlət əleyhinə çağırışlarla əvəz edərək, Milli Məclis və AzTV kimi strateji dövlət obyektlərini güclə ələ keçirmək idi. Məqsəd kütləvi informasiya vasitələri ilə hakimiyyətin qeyri-qanuni şəkildə zəbt olunduğunu bəyan etmək olub. Bu faktlar bir daha təsdiqləyir ki, xəyanətkar şəbəkə üçün Qarabağ dərdi və orduya sevgi sadəcə riyakar maraqlar üçün bir vasitə, Azərbaycan dövlətçiliyi isə birbaşa hədəf olub". 

Deputat qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 12 fevral tarixində yaydığı rəsmi məlumata əsasən, R.Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında "Dövlət idarəetmə sisteminin yenidən qurulması" adı altında dövlət hakimiyyətinin devrilməsini nəzərdə tutan məxfi plan hazırlayıb. O, bu planı razılaşdırmaq üçün köməkçisi Eldar Əmirov vasitəsilə Əli Kərimliyə ötürüb, yekun nüsxəni isə şəxsən əlaqədə olduğu xarici xüsusi xidmət orqanlarına göndərib. Bu xəyanətkar fəaliyyət dövlət orqanları tərəfindən texniki vasitələrlə qeydə alınaraq tam sübuta yetirilib. R. Mehdiyev xarici kəşfiyyatla işbirliyi quraraq Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd hərəkət etməkdə və konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə ittiham olunur. Eyni zamanda onun 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırdığı da müəyyən edilib. Bu faktlar illərlə dövlətdə yüksək vəzifə tutan şəxsin həm iqtisadi, həm də siyasi cinayətlər vasitəsilə vətənə xəyanət yolunu seçdiyini təsdiqləyir. İstintaq tərəfindən toplanmış təkzibolunmaz sübutlar əsasında, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş xəyanət şəbəkəsinin üzvlərinə qarşı ağır maddələrlə rəsmi ittihamlar irəli sürülüb. 

K.Bayramov əlavə edib ki, açıqlanan faktlar və davam edən istintaq prosesi Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş hər bir xəyanət ssenarisinin gec-tez ifşaya məhkum olduğunu bir daha təsdiqləyir. Anti-Azərbaycan şəbəkənin maşaları, "beşinci kolon"un quyruqbulayanları və xarici mərkəzlərdən yallananlar öz çirkin əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını və məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayan, erməni lobbisinin mənafelərinə xidmət edən bu dağıdıcı ünsürlər növbəti dəfə iflasa uğradılar.

Deputat bildirib ki, Azərbaycan xalqı və dövləti bu cür xəyanətkar ittifaqlara qarşı hər zaman sarsılmaz birlik nümayiş etdirib: "Dövlətimizin suverenliyini hədəf alan, xalqın vətənpərvərlik hissləri ilə manipulyasiya etməyə çalışan və hakimiyyəti qeyri-qanuni yollarla qəsb etmək xəyalları quran hər bir şəxs qanun qarşısında cavab verəcək. Bu xəyanət şəbəkəsinin üzvləri tarixin yaddaşında xalqın nifrəti ilə qalacaq və tarixin zibilliyinə gömüləcəklər. Azərbaycan isə öz müstəqil yolu ilə daha da güclənərək irəliləməyə davam edəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

13:21
14 Fevral

Sabahın hava proqnozu: paytaxtda yağış, rayonlarda duman olacaq

13:19
14 Fevral

DİN sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

12:52
14 Fevral

Azərbaycan regional gündəliyi formalaşdıran və şərtləri müəyyən edən dövlətdir

12:47
14 Fevral

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil  

10:54
14 Fevral

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı  

10:18
14 Fevral

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

10:17
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq  

09:13
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!