08 Fevral 2023 18:30
524
SİYASƏT
A- A+
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub

Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub

 

Fevralın 8-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda XİN-in kollegiya üzvləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclasın əvvəlində qardaş Türkiyənin Kahramanmaraş və digər ətraf bölgələrində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə xarici siyasət sahəsində yaranmış yeni reallıqlar və çağırışlar barədə danışıb, 2022-ci il ərzində intensiv xarici siyasət fəaliyyətinin əsas elementləri barədə müfəssəl məlumat verib. Beynəlxalq münasibətlər sistemində hazırkı böhran şəraitində ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasətin uğurla həyata keçirildiyi bildirilib.

Nazir dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq, regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub. Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib. 2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclas zamanı, həmçinin aidiyyəti sahələr üzrə XİN-in struktur bölmə rəhbərləri tərəfindən hesabatlar və 2023-cü il üzrə planların təqdimatı olub və müfəssəl müzakirələr aparılıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, ikitərəfli komissiyaların iclaslarının daha praktiki və nəticəyönümlü olması istiqamətində iş aparılması, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının araşdırılması və sair istiqamətlərdə prioritetlər vurğulanıb. Ölkəmizin Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda, platformalarda sədrliyinin 2023-cü il üzrə planları, keçiriləcək tədbirlər barədə məlumat verilib.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tədbirlər Planı”nın icrası iclasın gündəliyinin əsas məsələlərindən olub.

İclas zamanı, XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkili və bu istiqamətdə gələcək işlər müzakirə edilib. Kadrların ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib. Bununla yanaşı, 2022-ci il ərzində 20 diplomatik nümayəndəlik üzrə rəhbər təyinatlar həyata keçirildiyi qeyd olunub.

Diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən əməkdaşların maddi-sosial və pensiya təminatlarının yaxşılaşdırılması məqsədilə “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə iclas zamanı məlumat verilib.

Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!