09 Avqust 2022 15:03
511
SİYASƏT
A- A+

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media orqanlarına müsahibə verib

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da bu ölkənin aparıcı media orqanlarına müsahibə verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov “TRT World”, habelə “Hürriyyət”, Anadolu Agentliyi, “Haber Global” və “Daily Sabah”ın müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə bölgədə sülh və əmin-amanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, üçtərəfli bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi, Zəngəzur dəhlizi üzrə işlər, Şuşa Bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video