26 Aprel 2024 22:07
982
PARLAMENT
A- A+

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır  

 

Monteneqro Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş nazirinin müavini Aleksa Becic ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Monteneqro arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə qeydə alınan inkişaf göstəriciləri digər sahələrdə də əlaqələrin daha da genişləndirilməsinə imkan verir.

Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, Monteneqronun bu əlaqələrə böyük önəm verdiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Aleksa Becic ilə bundan öncəki görüşünü xatırladaraq, qanunverici orqanlarımız arasında əməkdaşlığın da Azərbaycan və Monteneqro arasında münasibətlərə töhfə verdiyini söyləyib.

Görüşdə spiker Sahibə Qafarova Baş nazirin müavininə regionda mövcud olan vəziyyət, ölkəmizin sülh təşəbbüsləri, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tikinti və quruculuq işləri, nəhəng layihələr barədə də geniş məlumat verib.

Söhbət zamanı iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən birini təşkil etdiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaş kimi rolunu nəzərə alaraq, ölkələrimizin bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan potensialı, həmçinin turizm sektorunda nəzərə çarpan davamlı artım meylləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturuna malik tranzit ölkə kimi mühüm rolu, bu sahədə əməkdaşlıq imkanları qeyd olunub. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, insanlar arasında təmasların dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video