26 Aprel 2024 22:06
368
Mədəniyyət
A- A+

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

 

Aprelin 26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyəti Günlərinin təntənəli bağlanış mərasimi olub. Tədbirdə rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Qırğız Mədəniyyət Günlərinin iki dövlət arasında mədəni əlaqələr baxımından daha da inkişaf etməsində böyük rolu olduğunu vurğulayıb. Bugünkü əməkdaşlığın gələcəyə nikbin baxmağa şərait yaratdığını bildirən nazir deyib: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq”.

Sonra A.Maksutov yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlını medal ilə təltif edib.

“Dost və qardaş Qırğız xalqı ölkəmizdə zəngin mədəniyyətini yüksək səviyyədə təqdim etdi. Qırğız Mədəniyyət Günləri çərçivəsində görkəmli sənətkarlar çox böyük ustalıqla musiqi nömrələri ilə çıxış ediblər”, - bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Murad Hüseynov söyləyib. O diqqətə çatdırıb ki, iki dövlət arasında qurulan münasibətlər müsbət tendensiyada inkişaf edəcək.

Tədbirdə qonaq ölkənin incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edərək tamaşaçıların zövqünü oxşayıb.

Qırğız ifaçılarının nümayiş etdirdiyi musiqi və rəqs nömrələri maraqla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video