Xarici İşlər Nazirliyinin kollektivi Gəncəyə səfər edib
Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində Xarici İşlər Nazirliyinin kollektivi və Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri qrupu Gəncə şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində, xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Məqbərəsini ziyarət edib, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, Gəncə Dövlət Dram Teatrı tərəfindən təqdim olunmuş ədəbi-bədii kompozisiyanı izləyib və Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunmuş “I Gəncə Kitab Sərgisi” ilə tanış olub.
Həmçinin nümayəndə heyətinin Heydər Əliyev Park-Kompleksinə və Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib. Heydər Əliyev Mərkəzində dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dahi Azərbaycan şairinin anadan olmasının 880-ci ildönümünün qeyd edildiyi və dövlətimizin başçısı tərəfindən ölkəmizdə “Nizami İli” elan edilən cari ildə həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumat verib, Nizami Gəncəvinin irsinin bəşəriyyət üçün əhəmiyyətindən bəhs edib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı dövlətimizin başçısının müvafiq Sərəncamının Azərbaycanın zəngin ədəbi və mədəni irsinin öyrənilməsinə və beynəlxalq səviyyədə təbliğinə böyük töhfə olduğunu və bu xüsusda, sözügedən Sərəncamın Prezident İlham Əliyevin milli-mədəni dəyərlərimizin qorunmasına göstərdiyi xüsusi diqqət və qayğının parlaq nümunəsi olduğunu bildirib.
Elnur Məmmədov, həmçinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar diplomatik nümayəndəliklərimiz tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər haqqında ətraflı məlumat verib.
Dəyirmi masa müzakirələrində, habelə millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Türkiyə Cümhuriyyəti Kırıkkale Universitetinin professoru Adnan Karaismailoğlu və Atatürk Universitetinin professoru Nimet Yıldırım çıxış edib, dahi mütəfəkkirin zəngin irsi barədə danışıblar.
Səfər çərçivəsində nümayəndə heyəti, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib, Gəncə terrorunun qurbanlarını ehtiramla yad edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib
28 May
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb
28 May
Mayın 28-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 597 doza vaksin vurulub
28 May
Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
28 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
28 May
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
28 May
Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
28 May
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!