25 Fevral 2025 20:13
593
CƏMİYYƏT
A- A+
“Xarı bülbül” Madriddə çiçək açıb

“Xarı bülbül” Madriddə çiçək açıb

Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə 2023-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına (Real Jardín Botánico de Madrid) hədiyyə edilmiş “Xarı bülbül” gülü çiçək açıb.

Azərbaycanın İspaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsindəki qələbənin simvolu, Qarabağın rəmzinin qürbətdə çiçək açması əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın sülhə sadiqliyinin və İspaniya ilə dərin mədəni əlaqələrinin təntənəsidir.

Azərbaycan xalqının zəngin mədəniyyətinin, şərəfli tarixi və əzmkarlığının təcəssümü olan “Xarı bülbül” gülünün çiçəklənməsi Kral Nəbatat Bağının elmi işçiləri və burada çalışan mütəxəssislər arasında böyük maraq və sevinclə qarşılanıb.

“Xarı bülbül”ü “Azərbaycanın füsunkar təbiətinin Madriddəki bir parçası” kimi xarakterizə edən Kral Nəbatat Bağının direktoru María-Paz Martín Esteban səfirliklə əlaqə saxlayaraq bu xoş xəbəri bölüşüb və qeyd edib ki, valehedici zərifliyə malik “Xarı bülbül” gülünün çiçəkləməsi nəbatat bağının bu il qeyd olunan 270-ci yubileyi üçün ən gözəl hədiyyələrdən biridir və botanika bağının ecazkar eksponatlarından hesab olunur. Onun sözlərinə görə, “Xarı bülbül” gülü rəsmi olaraq botanika kataloqunda xüsusi güllər bölməsində qeydiyyata alınacaq.

“Öz gözəlliyi, zərifliyi və unikallığı ilə hər kəsi heyran etmiş bu gülün məhz indi çiçək açması sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin - bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü anım ildönümünün və bu faciənin qurbanlarının əziz xatirələrinə hörmət və ehtiramın təzahürüdür. Şübhəsiz ki, bu hadisə həm də, Cənubi Qafqaz regionunda uzun illərdən bəri gözlədiyimiz sülh və əmin-amanlıq carçısı kimi erməni işğalından azad edilmiş torpaqlarımıza geri qayıdan soydaşlarımızın sevincini, həyat eşqini və gələcəyə ümidlərini əks etdirir”, - deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, “Xarı bülbül” gülü nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırkı yerinə - Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!