21 Noyabr 2023 10:00
402
SİYASƏT
A- A+
Xalqın partiyası

Xalqın partiyası

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda müxtəlif partiyalar meydana çıxdı. Lakin yaranan hər partiya xalq arasında siyasi nüfuz qazana bilmirdi. 
İnsanlar isə bütün cəmiyyəti, sosial zümrələri öz ətrafında birləşdirə bilən bir partiyanın yaranmasını arzu edirdilər. Bu partiya Ulu Öndər Heydər Əliyevin liderliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası oldu. 
YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də  Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Konfransda böyük tarixi şəxsiyyət, siyasət fenomeni Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi, YAP-ın yaranması tarixi hadisə idi və qısa zamanda böyük siyasi gücə çevrildi. YAP zamanın partiyası kimi fəaliyyətə başladı. O, dövlətçiliyin, xalqın, gələcəyin partiyası idi. Bu partiya ilk gündən milli ruhun siyasi nüfuzu kimi fəaliyyət göstərdi. Ulu Öndər Heydər Əliyev YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, "dünənin, bu günün və gələcəyin partiyası" səviyyəsinə yüksəltdi.
Bu gün YAP Azərbaycan cəmiyyətinin aparıcı siyasi təsisatıdır. Onun siyasi platforması dövlətçiliyin əsasları ilə, qanunçuluqla, azərbaycançılıqla, vətəndaş həmrəyliyi ilə, sosial ədalət prinsipləri ilə, bəzi məqamlarda milli mentalitetlə səsləşir. Bu təşkilat milli məfkurənin partiyasıdır.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşları ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən partiyadır.
Cəmiyyət kimi siyasi partiyalar da inkişaf edir. Bu inkişaf təkcə kəmiyyətlə bağlı deyil. Bu inkişaf partiyanın siyasi prosesləri hansı səviyyədə nəzarətdə saxlamağa qadir olması ilə müəyyənləşdirilir.  VII Qurultayda qəbul edilmiş qərar əsasında YAP-ın yeni Nizamnaməsi, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurası təsdiq edildi.  Hazırda YAP-ın 720  min nəfərdən çox üzvü var. 
Siyasi partiyalar xalqın etimadı ilə əhatələnəndə, xalqın iradəsinin icraçısı olanda dövlətçilik üçün daha səmərəli fəaliyyət göstərir. Dövlətçilikdən uzaq düşən siyasi partiyalar cəmiyyətdə etibarını, deməli, yaşamını itirir. Bu baxımdan YAP dövlətçiliyin möhkəmləndirilməsinin cəfakeşidir.  
YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. 
YAP-ın ideya istiqaməti dövlətə, dövlətçiliyə sədaqətdir. Bu, hər bir partiya üzvünün ilkin öhdəliyidir, yerinə yetirməli olduğu vəzifə borcudur.
Xalqımızın əsas problemi torpaqlarımızın işğal altında olması idi. Təsadüfi deyil ki, ölkə Prezideti, YAP Sədri cənab İlham Əliyev torpaqlarımızın azadlığını dövlətin əsas vəzifəsi elan etmişdi. Bu vəzifənin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla yerinə yetirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi.
YAP-ın 5 fəsildən ibarət yeni Proqramı ("Partiyanın inkişafı və uğurları", "Siyasi dəyərlər və prinsiplər", "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" və "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya") fəaliyyətin yeni, dövlətçilik baxımından daha gərəkli istiqamətlərini müəyyənləşdirib. 
Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz". Bu sözlər cəmiyyətin daha dinamik inkişafını şərtləndirən tezisdir. YAP dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini başlıca şərt bilir. Açıq və etibarlı münasibətlərin dönməzliyinə xidmət edən islahatlar yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
Noyabr ayının 21-i xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 31-ci ildönümüdür. YAP bundan sonra da öz proqramından irəli gələrək layiqli siyasi fəaliyyət nümunələri yaradacaq.
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!