16 Yanvar 2026 13:49
149
CƏMİYYƏT
A- A+
WUF13 tədbiri çərçivəsində özəl sektor, akademik dairələr və tədqiqatçılar üçün məlumatlandırma sessiyaları keçiriləcək  

WUF13 tədbiri çərçivəsində özəl sektor, akademik dairələr və tədqiqatçılar üçün məlumatlandırma sessiyaları keçiriləcək  

Özəl sektor nümayəndələri, akademik dairələr və tədqiqatçılar bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı məlumatlandırma sessiyalarında iştirak etməyə dəvət olunur.

AZƏRTAC xəbər verir ki, məlumatlandırma sessiyaları tərəfdaşlar üçün təşkil edilən silsilə tədbirlər çərçivəsində keçirilir. İlk sessiya yanvarın 19-da təşkil olunacaq.

Sessiyalarda WUF13 tədbiri haqqında ümumi təqdimatla yanaşı, biznes nümayəndələri, akademik dairələr, tədqiqatçılar və onların şəbəkələri üçün Ümumdünya Şəhərsalma Forumunda iştirak imkanları barədə ətraflı məlumat veriləcək. Məqsəd milli təmsilçilik və iştirakçılığın təşviq edilməsidir.

WUF13 tədbirinin məlumatlandırma sessiyalarına qeydiyyat üçün müraciətlər link vasitəsilə təqdim edilməlidir:

İştirakda maraqlı olan şəxslər özləri haqqında qısa məlumatı qeyd etməli və müvafiq sessiyanın keçirildiyi vaxtı seçməlidirlər.

Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara tədbirin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.

Hazırda 2026-cı il 17–22 mayda Bakıda keçiriləcək WUF13 çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə də qeydiyyat prosesi davam edir. Müraciətlərin qəbulu üçün son tarix 2026-cı il yanvarın 29-u olaraq müəyyən edilib. Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

WUF şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik qlobal konfransdır. Burada cəmiyyəti düşündürən ən aktual məsələlər - sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişmələrinə və siyasətlərə təsiri kimi məsələlər araşdırılır. WUF milli, regional və yerli hökumətləri, akademik dairələri, biznes liderlərini, şəhərsalma mütəxəssislərini və vətəndaş cəmiyyətini bir araya gətirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edilib  

14:58
16 Yanvar

Türkiyəli ekspert: Naxçıvan Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır  

14:56
16 Yanvar

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib  

14:38
16 Yanvar

Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə başlanılıb  

14:14
16 Yanvar

Almaniyada elektromobillər üçün dövlət dəstəyi yenidən tətbiq olunur  

14:03
16 Yanvar

WUF13 tədbiri çərçivəsində özəl sektor, akademik dairələr və tədqiqatçılar üçün məlumatlandırma sessiyaları keçiriləcək  

13:49
16 Yanvar

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti real və konkret nəticələr verir  

13:26
16 Yanvar

Ukraynada komendant saatının qaydaları dəyişdirilir  

13:13
16 Yanvar

Sabah gündüzdən başlayaraq hava bəzi yerlərdə yağıntılı olacaq  

13:11
16 Yanvar

Energetika Nazirliyində vətəndaşlarla görüş olub  

13:07
16 Yanvar

Pəncablı nazir: Hindistanda siqh və digər azlıqlar hələ də təzyiqlərə məruz qalırlar  

13:01
16 Yanvar

“Aztelekom”: Ağdamda 974, Kəlbəcərdə 121 ev təsərrüfatı internetlə təmin olunub  

12:51
16 Yanvar

Donald Tramp ABŞ-ın müttəfiqləri ilə əlaqələri korlamaqda ittiham olunur  

12:47
16 Yanvar

İKTA: Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb  

12:47
16 Yanvar

Amerikalı ekspert: ABŞ Türk Dövlətləri Təşkilatı ilə daha sıx əməkdaşlıq etməlidir  

12:21
16 Yanvar

Türk alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir  

12:20
16 Yanvar

Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib  

12:03
16 Yanvar

Ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib  

12:02
16 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb YENİLƏNİB  

12:00
16 Yanvar

Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planı icraya yönəldilib  

11:52
16 Yanvar

“Samsung” smartfonlarında süni intellekt pulsuz olacaq  

11:48
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!