22 May 2026 16:25
88
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günündə qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Rəqəmsal və İnkişaf Etməkdə olan Texnologiyalar Ofisinin (UNODET) təşkilatçılığı ilə keçirilən “Qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması” mövzusundakı sessiya BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri, şəhər səviyyəsində çalışan mütəxəssisləri, qlobal tərəfdaşları və beynəlxalq ekspertləri bir araya gətirib.

Çox canlı və fəal davamlı urbanizasiya modeli olan Bakıda olmaqdan qürur duyduğunu deyən BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali bildirib: “Qlobal rəqəmsal ambisiyaları şəhərlərimizin gündəlik reallığında necə mənalı edə bilərik? Qlobal rəqəmsal saziş bizə mühüm ortaq istinad nöqtəsi təqdim edir. O, inklüziv, təhlükəsiz və insan mərkəzli rəqəmsal transformasiya üçün ümumi bir baxış ortaya qoyur. Amma hamımız bilirik ki, əsas sınaq tətbiq mərhələsində olacaq. Bizdə çoxlu öhdəliklər, çoxlu vədlər var. Lakin ən böyük çətinlik həmin vədləri həyata keçirməli olduğumuz zaman ortaya çıxır. Bu proses konfranslarda, dialoqlarda və ya böyük tədbirlərdə deyil, şəhərlərimizin xidmətləri necə təqdim etməsində, məlumatları necə idarə etməsində, çıxışı necə genişləndirməsində və insanların ehtiyaclarına necə cavab verməsində özünü göstərəcək”.

Sessiya çərçivəsində panel müzakirələrdə Qananın Yerli İdarəetmə Nazirliyinin yerli idarəetmə və desentralizasiya üzrə direktoru Samuel Set Passah, Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyətinin (ISOCARP) elmi komitəsinin sədri Larissa Meneskal, “Mashreq Bank”ın nümayəndəsi Faysal Al Şimmari, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) şəhər inkişafı üzrə eksperti Anette Luts 2024-cü ildə BMT-yə üzv dövlətlər tərəfindən qəbul olunan Qlobal rəqəmsal sazişin rəqəmsal inklüzivlik, təhlükəsizlik, məlumat idarəçiliyi və süni intellekt sahələrində iddialı qlobal öhdəlikləri müəyyən etdiyini bildiriblər. Qeyd olunub ki, bu öhdəliklərin böyük hissəsi şəhər səviyyəsində həyata keçiriləcək. Çünki rəqəmsal infrastruktur, xidmətlərin göstərilməsi, məlumatlardan istifadə və ictimai iştirak məhz şəhərlərdə bir araya gəlir.

Eyni zamanda, mənzil siyasəti, xidmətlərin göstərilməsi, inklüzivlik və dayanıqlılıq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada qlobal öhdəlikləri yerli və insan mərkəzli rəqəmsal strategiyalara çevirən konkret şəhər təcrübələri və idarəetmə yanaşmaları nümayiş etdirilib.

Sessiyanın məqsədi Qlobal rəqəmsal sazişin prinsipləri və öhdəliklərinin şəhər səviyyəsində necə şərh və tətbiq oluna biləcəyini göstərərək qlobal və yerli fəaliyyət arasında körpü yaratmaq, rəqəmsal uçurumun aradan qaldırılması, inklüziv xidmətlərin göstərilməsi və insan mərkəzli rəqəmsal transformasiya üzrə şəhər nümunələrini təqdim etmək, təcrübə mübadiləsi və tətbiq oluna bilən yanaşmalar vasitəsilə şəhərlər və digər tərəfdaşlar arasında qarşılıqlı öyrənmə və əməkdaşlığı gücləndirmək, şəhərləri “Yeni Şəhər Gündəliyi”nə uyğun təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında əsas aktor kimi ön plana çıxarmaq olub.

Qeyd edək ki, UNODET daha yaxşı gələcək üçün qlobal texnologiya əməkdaşlığının inkişafı, milli prioritetlərə və kontekstlərə hörmət edən inklüziv, hüquqlara əsaslanan və çoxtərəfli rəqəmsal əməkdaşlığı inkişaf etdirmək üçün 2025-ci il yanvarın 1-də BMT Baş Assambleyası tərəfindən yaradılıb. Ofis, həmçinin rəqəmsal məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatının sistem miqyasında mərkəz nöqtəsi kimi xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Əli Əsədov: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika mövqeyini gücləndirir

16:53
22 May

WUF13-də tarixi şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı qoruq” yanaşması müzakirə olunub

16:48
22 May

Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

16:33
22 May

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

16:25
22 May

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır  

16:23
22 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

16:21
22 May

WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub 

16:19
22 May

WUF13-də “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda panel iclas baş tutub  

16:17
22 May

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

16:01
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib

15:33
22 May

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

15:31
22 May

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

15:26
22 May

“Azərpambıq” ilə Tacikistan şirkəti arasında müqavilə imzalanıb

15:23
22 May

Şavkat Mirziyoyev: TDT türk birliyinin və tərəqqinin rəmzinə çevrilib

15:18
22 May

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib

15:15
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13 panel sessiya - Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi  

15:07
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!