22 May 2026 16:33
78
SİYASƏT
A- A+
Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb


Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əlaqələri durmadan güclənir və müsbət dinamika nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında bildirib.

O, Azərbaycanla MDB üzv dövlətləri arasında ticarət dövriyyəsinin 2025-ci ildə 10 faizdən çox artdığını qeyd edib.

Hökumət başçısı diqqətə çatdırıb ki, ölkənin sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, yüksək texnologiyalar sahələri durmadan inkişaf edir.

O, yaşıl enerjinin inkişafının dövlət siyasətinin əsas prioriteti olaraq qaldığını vurğulayıb. “Genişmiqyaslı bərpaolunan enerji layihələri təkcə ətraf mühitin dayanıqlılığının gücləndirilməsinə deyil, həm də ölkənin investisiya və ixrac potensialının genişləndirilməsinə xidmət edir”, - deyə Əli Əsədov bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, Qarabağ bölgəsinin bərpasına hazırda xüsusi diqqət yetirilir və burada prinsipcə yeni davamlı inkişaf modeli tətbiq olunur. O, bölgədə yaşıl enerji zonalarının yaradıldığını, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğunu bildirib.

Əli Əsədov əlavə edib ki, Qarabağ bölgəsi iqtisadi fəaliyyət, investisiya və davamlı inkişaf üçün artıq vacib məkana çevrilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Əli Əsədov: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika mövqeyini gücləndirir

16:53
22 May

WUF13-də tarixi şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı qoruq” yanaşması müzakirə olunub

16:48
22 May

Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

16:33
22 May

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

16:25
22 May

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır  

16:23
22 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

16:21
22 May

WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub 

16:19
22 May

WUF13-də “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda panel iclas baş tutub  

16:17
22 May

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

16:01
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib

15:33
22 May

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

15:31
22 May

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

15:26
22 May

“Azərpambıq” ilə Tacikistan şirkəti arasında müqavilə imzalanıb

15:23
22 May

Şavkat Mirziyoyev: TDT türk birliyinin və tərəqqinin rəmzinə çevrilib

15:18
22 May

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib

15:15
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13 panel sessiya - Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi  

15:07
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!