21 May 2026 19:01
134
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB  

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB  


Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Boston Consulting Group” (BCG) qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Dəyişmək üçün qurulub”: Şəhərlər gələcək uğrunda necə rəqabət aparır” adlı nəşrin “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda baş tutan təqdimatında BCG-nin şəhərlər və regionlar üzrə qlobal seqmentin idarəedici direktoru Vladislav Boutenko ilk hesabatın 2019-cu ildə hazırlandığını, daha sonra iki buraxılışın təqdim olunduğunu və bu gün artıq 4-cü nəşrin təqdim edildiyini deyib.


“Bu hesabatın əsas fərqi ondadır ki, o, şəhərlərə yalnız bir aspektdən baxmır. Nəşrdə təkcə yaşayış rahatlığı, iqlim, iş yerləri və ya nəqliyyatı deyil, bütün bunların hamısını birlikdə araşdırılıb. Burada cavab axtardığımız əsas sual budur: insanlar niyə şəhərlərə gəlirlər və niyə orada qalırlar? Biz bu sualı aşağıdakı əsas ölçülər üzrə təhlil edirik. Birincisi - iqtisadi imkanlardır. Çünki bu gün də insanların şəhərlərə gəlməsinin əsas səbəblərindən biri iş və karyera imkanlarıdır. İkincisi - yaşayış keyfiyyəti. Buraya əlçatanlıq, münasib yaşayış xərcləri, həyat tərzi, təhsil, istirahət imkanları və əlbəttə ki, əyləncə daxildir. Üçüncüsü - sosial kapitaldır. Yəni insanların bir-biri ilə münasibət qurmaq imkanları, qarşılıqlı hörmət, bərabərlik və inklüzivlik. İnsanların özlərini daha böyük bir cəmiyyətin parçası kimi hiss etməsi, dəstək görməsi və öz icmasına güvənməsi çox vacibdir. Burada hökumətlə və şəhər idarəçiliyi ilə qarşılıqlı əlaqə də mühüm rol oynayır. Dördüncü və bir qədər də gözlənilməz amil isə dəyişimin sürətidir. İnsanlar şəhərlərə yalnız bu gün gözəl və rahat olduqları üçün gəlmirlər. Onlar inanırlar ki, həmin şəhərlər sabah daha da yaxşı olacaq. Yəni insanlar şəhərləri çox vaxt bugünkü vəziyyətinə görə deyil, gələcək potensialına görə seçirlər. Bu ölçülərin detalları təqdimatda əks olunub”, - deyə o qeyd edib.

Vurğulanıb ki, araşdırma çərçivəsində 5 milyondan çox məlumat nöqtəsi təhlil olunub. Burada geniş statistika, analitik modellər və məlumatların emalı üçün süni intellekt texnologiyalarından istifadə edilib. Amma bir vacib məqamı qeyd etmək istəyirəm - süni intellekt məlumat yaratmaq üçün deyil, yalnız məlumatların işlənməsi üçün istifadə olunub. Süni intellektin toxunduğu bütün nəticələr insan ekspertlər tərəfindən yoxlanılıb və təsdiqlənib. Biz bu işi artıq 7 ildir həyata keçiririk. Yəni bu araşdırmaya hələ süni intellekt geniş yayılmazdan əvvəl başlamışıq. Burada təqdim olunan ilk 80 şəhər sadəcə dünyanın ən böyük şəhərləri deyil - onlar insanların yaşamaq və işləmək üçün ən çox seçdiyi şəhərlərdir. Əgər yaşadığınız şəhər bu siyahıdadırsa, hətta 80-ci yerdə olsa belə, bu, çox yaxşı göstəricidir.

“Bəs əsas tendensiyalar hansılardır? Uzun illər şəhərlər əsasən infrastrukturla qiymətləndirilirdi - körpülər, yollar, hava limanları, böyük binalar və sair. Amma bu gün insanlar şəhərləri daha çox nəticələrə görə qiymətləndirirlər. Yəni insanlar özlərinə belə sual verirlər: Bu şəhər mənə konkret nə verir? İnsanlar vaxt qazanmaq, gündəlik həyatda maneələrin azalması və daha yüksək həyat keyfiyyəti istəyirlər. Bir çox şəhərlər hələ də texniki göstəricilərlə yarışır. Məsələn “mənim səkim daha genişdir”, “mənim yolum daha müasirdir”. Amma əslində şəhərlər eyni insanlar uğrunda rəqabət aparırlar və getdikcə daha çox şəhər sakinlərin xoşbəxtliyini ölçməyə başlayır. İnsanların niyə özlərini xoşbəxt hiss etdiyini anlamağa çalışırlar. Bu xoşbəxtlik onların vaxta qənaət etməsi ilə bağlıdırmı? Daha rahat həyatla bağlıdırmı? Çünki unutmayaq: insanların vaxtı bu gün ən qiymətli resurslardan biridir. Şəhərlər insanların gündəlik yükünü və vaxt itkisini azalda bilər. Onlar nəqliyyatda sərf olunan vaxtı azalda, uzaqdan iş imkanlarını artıraraq bəzi səfərləri ümumiyyətlə aradan qaldıra bilər”, - deyə Vladislav Boutenko bildirib.


BCG-nin şəhərlər və regionlar üzrə qlobal seqmentin idarəedici direktorunun müavini Yekaterina Şapoçka Azərbaycanın paytaxtı Bakının “2014–2024-cü illərdə ən sürətlə dəyişən 20 şəhər” reytinqində ilk 20 şəhər sırasında yer aldığını deyib. Bildrib ki, reytinqdə şəhərlər göstəricilər baxımından sürətlə irəliləyib.

“Dəyişimin sürəti üzrə xüsusilə Çin şəhərləri ilə Xəzər regionunun şəhərləri arasında ciddi rəqabət formalaşır. Bu şəhərlər inkişaf tempinə görə bir-biri ilə yarışır. Biz müxtəlif şəhərlərin dəyişim sürəti baxımından fərqli istiqamətlərdə necə irəlilədiyini müşahidə edirik. Bəziləri innovasiya, infrastruktur və urban transformasiya sahələrində xüsusilə güclü nəticələr göstərir. Məsələn, ümumi dəyişimin sürəti göstəricisinə görə Bakı dördüncü kvintildə yer alır. Bu da şəhərin kifayət qədər yaxşı nəticələr göstərdiyini ortaya qoyur. Xüsusilə yaşayış keyfiyyəti göstəricisi üzrə Bakı demək olar ki, ən yüksək kvintilə yaxındır. Bu isə şəhərin son illərdə keçirdiyi transformasiyanın və inkişafın aydın göstəricisidir”, - deyə o vurğulayıb.

Qeyd edib ki, reytinqdə şəhərlərin ümumi ölçü göstəricisi, iqtisadi imkanlarda dəyişim sürəti, sosial kapital üzrə transformasiya sürəti, hökumətlə əlaqələrdə dəyişim sürətinə diqqət yetirilib. Sıralamada ilk üçlükdə Şençjen (Çin), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Daşkənd (Özbəkistan) qərarlaşıb. Bakı isə 20-ci sırada qərarlaşıb.

Təqdimatda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) proqram meneceri Runz Vanq və “IND” şirkətinin landşaft arxitekturası departamentinin rəhbəri Karina Qarnaqa nəşrlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, qlobal konsaltinq şirkəti olan BCG-nin baş ofisi ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.

“Boston Consulting Group”, həmçinin Bakı şəhərinin Baş planının hazırlanması işinə cəlb edilib, beynəlxalq strateji məsləhətçi olan BCG-nin dəstəyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

19:26
21 May

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB 

19:22
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!