21 May 2026 19:36
136
İQTİSADİYYAT
A- A+
Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  


İşğaldan azad olunmuş Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm strateji addımlar atılır. Doğma yurda qayıdan sakinlər üçün müasir tələblərə uyğun yeni iş yerlərinin yaradılması regionda sosial-iqtisadi canlanmanı daha da sürətləndirir. Bu xüsusda, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və 2021-ci il mayın 28-də təsis edilən Ağdam Sənaye Parkı bölgənin iqtisadi potensialının reallaşdırılmasında aparıcı rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin ən iri sənaye zonalarından biri olan parkın ərazisinə bu günədək sahibkarlar tərəfindən 172 milyon manat investisiya yatırılıb. Hazırda sənaye parkında 31 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb və burada 1000-dən artıq daimi iş yeri formalaşdırılıb. Artıq parkda 13 müəssisə aktiv fəaliyyət göstərir və onların istehsal gücü həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac potensialını genişləndirməyə yönəlib. İşə qəbul zamanı əsas üstünlüyün Ağdam və ətraf rayonlardan olan sakinlərə verilməsi bölgədə işsizliyin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir.

Park ərazisində fəaliyyət göstərən müasir müəssisələrdən biri də avtomatika və telemexanika fabrikidir. Fabrikin yığım sahəsi üzrə rəhbəri Sübhan Quliyev müəssisənin fəaliyyətinin birbaşa yerli infrastrukturun modernləşdirilməsinə xidmət etdiyini vurğulayıb: “Bizim sahənin əsas hədəfi ölkənin dəmir yolu şəbəkəsinin ən müasir avadanlıqlarla təchiz olunmasıdır. Məqsədimiz mobilliyin artırılmasını və hərəkətin təhlükəsizliyini rəqəmsal sistemlərlə dəstəkləməkdir. İstehsal etdiyimiz texnoloji avadanlıqlar hazırda daxili layihələrdə uğurla tətbiq olunur, növbəti mərhələdə isə xarici bazarlara çıxış strategiyası nəzərdə tutulub.”

Müəssisədə çalışan mühəndis Nicat Əhmədov isə zavodun regional iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Müəssisəmiz dəmir yolu avadanlıqlarının istehsalı sahəsində regionda və ölkədə ilk layihələrdən biri hesab olunur. İki ilə yaxındır fəaliyyət göstərən zavodumuzda 30-dan çox işçi çalışır ki, onların da böyük əksəriyyəti Ağdam sakinləridir. Vaxtilə məcburi köçkün həyatı yaşamış insanların bu gün doğma yurda qayıdaraq burada həm daimi mənzillə, həm də yüksək texnoloji işlə təmin olunması qürurvericidir”.

Qeyd edək ki, Ağdam Sənaye Parkında icra olunan layihələr regionda modern sənayeləşmənin inkişafına təkan verməklə, Böyük Qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!