21 May 2026 19:41
141
CƏMİYYƏT
A- A+
Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

Kənd Təsərrüfatı Nazirliyində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Konfederasiyanın təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar xidmətlərin elektronlaşdırılması barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanda aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması baxımından dövlət-özəl tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Aqrar sektorda dövlət dəstəyi ilə özəl sektorun investisiya, innovasiya və idarəetmə imkanlarının birləşdirilməsi kənd təsərrüfatında yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaradır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar sahənin ölkə iqtisadiyyatında önəmli sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, aqrar sektorun davamlı inkişafı regionların iqtisadi potensialının güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin gəlirlərinin artmasına və ölkənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Rəşad Hüseynov “Kənd təsərrüfatı: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda təqdimat edib. ATM direktoru təqdimatda kənd təsərrüfatının əsas makroiqtisadi göstəriciləri, aqrar sektorda əsas çağırışlar, kənd təsərrüfatının transformasiyası və investisiya bölgüsü, bu sahənin prioritet inkişaf istiqamətlərinə toxunub.

“Aqrar Süni İntellekt” (ASİ) layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə məlumat verib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən layihə aqrar sahədə dataəsaslı idarəetmə və innovativ rəqəmsal həllərin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. ASİ layihəsi fermerlərin rifahının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadənin təmin edilməsini hədəfləyir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı qurum tərəfindən aqrar sahədə aparılmış monitorinqlər nəticəsi ilə bağlı təqdimatla çıxış edib, sahibkarlar tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb.

Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmləri, aqrar sığorta mexanizminin tətbiqi, müasir texnologiyaların tətbiqi, ağıllı suvarma sistemləri, logistika və saxlama infrastrukturunun qurulması, kənd təsərrüfatının modernləşdirilməsi, emal sənayesinin inkişafı, qida zəncirinin qurulması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması, resurslardan səmərəli istifadə, məhsul itkilərinin azalması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, iqtisadi səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, fermerlərin maarifləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı, bu sahədə kadr hazırlığı və digər məsələlərə toxunublar.

Təqdimatlardan sonra sahibkarların irəli sürdüyü təkliflər müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoqların genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!