13 Noyabr 2023 18:45
985
PARLAMENT
A- A+

Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşları qəbul edib

 

Noyabrın 13-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq, Milli Məclisdə növbəti  dəfə vətəndaşların qəbulunu keçirib. 
Vitse-spiker Adil Əliyev qəbulda şəhidlərin ailə üzvlərinin, qazilərin və digər vətəndaşların müraciətlərini dinləyib. Qəbul zamanı qaldırılmış müxtəlif məzmunlu müraciətlərin bir qisminin yerindəcə həllinə nail olunub. Habelə sosial, humanitar, məişət və digər mövzularla əlaqədar qaldırılan müraciətlər araşdırılması və həll edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular hazırlanıb. 
Qəbulda bildirilib ki, cənab Prezident tərəfindən vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə qəbulların keçirilməsi və vətəndaşların dinlənilməsi həyata keçirilir. Qeyd olunub ki, Milli Məclisin sədr müavini Adil Əliyevin də ünvanına daxil olan bütün müraciətlərə yüksək həssaslıqla yanaşılır, müraciətlərdə qaldırılan məsələlərin həlli məqsədilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video