24 Fevral 2022 02:03
961
CƏMİYYƏT
A- A+
Viran qəbirlərin axtarışında...

Viran qəbirlərin axtarışında...

 

Ağdam xocalılıların ziyarət məkanına çevrilib

 

Bəşər tarixində ən dəhşətli soyqırımına məruz qalan xocalılılar 30 ildir yurd itkisi, həm də işğal altında qalan torpaqlarda dəfn edilmiş əzizlərinin məzarlarının həsrəti ilə göz yaşları tökürlər. Aylarla ermənilərin mühasirəsində yaşayan xocalılılar son anadək düşmənə qarşı mübarizə apardılar.

Ancaq mənfur qonşularımız havadarlarının köməyinə arxalanaraq, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda görünməmiş soyqırımı aktı törətdilər. Quduzlaşmış erməni quldurları 366-cı motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər.

Qarlı, şaxtalı qış gecəsində meşələrə, çöllərə pərən-pərən salınan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülməz işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxa bilən Xocalı sakinləri Ağdamda Cümə məscidininin önündə doğmalarından, qohum-əqrəbalarından xəbər almaq üçün gözləyirdilər. Ağdamın Cümə məscidinə gətirilən yüzdən artıq Xocalı şəhidləri Ağdamın Şəhidlər xiyabanında və “Uzundərə” qəbiristanlığında dəfn edildilər. Müharibə və köçkünlük şəraitində qəbir daşı qoymağa macal olmadığı üçün şəhidlərimizin yaxınları onları yalnız sıralarına və nişanələrinə görə tanıya bilirdilər. Ancaq ermənilərin torpaqlarımıza təcavüzü davam etdi. Azğınlaşmış düşmən Ağdamı da işğal etdi...

Başı müsibətlər çəkmiş xocalılılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində Xocalının meşələrində, çöllərində qalmış və Ağdamda dəfn edilmiş şəhidlərimiz üçün Xocalı soyqırımı abidələrini ziyarət edərək göz yaşı tökdülər. İtkin düşmüş, meşələrdə, çöllərdə şəhid olmuş doğmalarının ruhlarına Xocalı soyqırımı abidələri önündə dualar oxumaqla, az da olsa, rahatlıq tapa bildilər. Ancaq hər kəsdə ümid var idi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad edəcəyik, qisasımızı alacağıq və şəhidlərimizin ruhlarının dolaşdığı torpaqlara qovuşacağıq. 44 günlük Vətən müharibəsində Xocalı cəlladlarının da məhv edilməsi ilə bu arzumuza, amalımıza yaxınlaşdıq. Zəfər gününü qürur hissi ilə qeyd edən xocalılılar öncə Xocalı soyqırımı abidələrini ziyarət edərək bu dəfə şəhidlərimizin ruhlarına qələbə müjdəsini çatdırmağa tələsdilər...

Şükürlər olsun ki, azad olunmuş torpaqlarımıza səfərlər təşkil edilir. Həmvətənlərimiz doğma dədə-baba torpaqlarına qədəm basır, ziyarət edirlər. Belə səfərlərdən birində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir qrup Xocalı sakini Ağdamın Şəhidlər xiyabanını ziyarət etdi. Doğmalarının viran edilmiş qəbirlərini tapa biləcəyi ümidi ilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivindən yola çıxan xocalılılar həm də işğaldan azad olunmuş torpaqlarımıza qayıtmağın həyəcanını yaşayırdılar. Belə müqəddəs səfərə çıxdıqları üçün sevinc hissi keçirən hər kəs yaxşı bilirdi ki, doğma torpaq həsrətilə nə qədər insan vaxtsız-vədəsiz dünyasını dəyişdi. Yolboyu dağıdılmış, talan olunmuş yurd yerlərimizi seyr etmək çox ağrılı idi. Yolçular arasında tanınmaz hala düşən kəndlərin adlarının müəyyənləşdirilməsi üçün arabir kiçik mübahisə düşür, erməni vandalları lənətlənir, bir-birinə xarabalığa döndərilmiş evləri göstərərək Xocalı və Ağdamda qalan, əlləri üzülən xatirələrindən və döyüş yollarından söhbət açırdılar. Xocalılılar üçün Ağdam da Xocalının özü qədər doğma, əziz və müqəddəsdir. Ona görə ki, Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur. Şanlı ordumuzun hünərindən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən danışmaqdan yorulmayan ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxuya-oxuya Ağdamın Şəhidlər xiyabanına çatdılar. Ağdam torpağına ayaq basan xocalılılar bir gözü Xocalıya tərəf baxa-baxa, qan-yaş axıda-axıda itib-batan qəbirlərə yaxınlaşdılar. Təbii ki, onlar burada dəfn edilmiş şəhidlərimizin və Kətik dağında, Xocalı çöllərində məzarsız qalmış şəhidlərimizin ruhlarına ilk dəfə idi ki, bu qədər yaxın olurdular. Dağıdılan qəbirləri tanımaq çox çətin idi. Bəziləri doğmalarından nişanələr tapsalar da, sonradan tərəddüd edir, yanlışlığa yol verməkdən çəkinirdilər. Sağa-sola  boylana-boylana qalan izdihamın içindən səslər eşidilirdi: “Bax, Zöhrənin qəbri bu olmalıdır... Amma, deyəsən, qəbrin baş tərəfində ağac əkilməmişdi...”

 Digər bir xocalılı torpağın içindən bir bəzəkli qırmızı qotazı taparaq “...Aman Allah! Bu qotazı tanıyıram, öz əlimlə toxuyub qardaşımın nişanəsinə bağlamışdım, amma ola bilsin ki, külək götürüb bu səmtə gətirib, yanıla da bilərəm”, - deyirdi.

Bəziləri doğmalarının dəfn edildiyi qəbirləri dəqiqləşdirə bilsə də, bu, gedənlərin hamısına nəsib olmurdu. Dəhşətlisi isə o idi ki, doğmalarının, əzizlərinin qəbirlərinin yerlərini xatırlaya və tanıya bilməyənlər də var idi. Axırda belə nəticəyə gəlindi ki, burada bütün qəbirlər doğma və əzizdir. Qəbirlərin kimə aid olduğunu tam dəqiqləşdirmək üçün DNT testi edilməsi vacib olduğunu dilə gətirənləri qınamaq olmazdı: “...Əgər yanılırıqsa, şəhidlərimizin ruhları bizi yəqin ki, bağışlayar. Necə ki, onları illərdir düşmən tapdağında qoyduğumuzu, ziyarətlərinə gəlmədiyimizi bağışladıqları kimi...”

Sonda Xocalı sakinləri Ağdam Cümə məscidinə gələrək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhuna dualar oxudular. Göz yaşları ilə yekunlaşan ziyarətdən dönən xocalılıların şəhidlərimizin cənnət guşəsi olan Xocalıya qayıdacaqlarına olan inamı, ümidləri bir qədər  də artdı. Axı 28 ilə yaxın işğalda qalan, erməni vandalizminin vəhşiliyinin qurbanı olan torpaqlarımız bu gün yenidən bizimdir: Qarabağ Azərbaycandır!

 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!